İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi.
Ümumi məlumat
Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar. Məsələn:
- Kantalupo del Sannio - İserniya bölgəsində yerləşən şəhər. Xan-Teleped söz birləşməsindən "Xanın məskəni" mənasına gəldiyi düşünülür.
- Selle di Bulqeria - İtalyanın Salerno bölgəsində şəhər. Şəhərin adı birbaşa "Bulqar kəndi" deyə tərcümə olunur. Bulqarlar bu torpaqlara daha sonra gəlmişlər və Minqardo çayı ətrafında məskən salaraq bütün Kampaniya zonasına yayılmışlar.
- Bundan əlavə İtaliyada 700dən çox bulqarmənşəli toponimə rast gəlmək mümkündür.
- "Can" (Xan) və "Cara" (Qara) sözü tərkibi olan bir çox yer və insan adı bulqarmənşəli hesab olunur: Carasco (Genuyada yerləşir), Caramagna, Carasone və Caraglio (Kuneoda yerləşir), Caragna (Savonada yerləşir), Caranza (Liquriyada yerləşir), Carate (Milanda yerləşir), Caranero (Komoda yerləşir), Carata (Novarada yerləşir), Caravate (Varesedə yerləşir), Caravonica (İmperiada yerləşir).
Bulqarlar İtaliyaya köçəndən sonra atla basdırılma ənənəsi davam etdirmişlər. Boyano yaxınlığındakı Viçenne-Kampoçiaro arxeolojik qazıntısında 130dan çox qəbir aşkarlanmış, bunların 13ündə atları ilə birlikdə basdırılan şəxslər aşkar olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇taliya bulqarları sözünün mənası, i̇taliya bulqarları haqqında məlumat. i̇taliya bulqarları nədir? i̇taliya bulqarları nə deməkdir?