Mixail İvanoviç Kozlovski (rus. Михаи́л Ива́нович Козло́вский; 26 oktyabr (6 noyabr) 1753, Sankt-Peterburq – 18 (30) sentyabr 1802, Sankt-Peterburq) — rus heykəltaraş, İmperator Rəssamlıq Akademiyasının akademiki.
| Mixail Kozlovski | |
|---|---|
| |
| Doğum tarixi | 26 oktyabr (6 noyabr) 1753 |
| Doğum yeri | |
| Vəfat tarixi | 18 (30) sentyabr 1802 (48 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Fəaliyyəti | heykəltaraş |
| Təhsili |
|
| Janr | heykəltaraşlıq |
| Mükafatları | |
Həyatı

1753-cü ildə donanma trubaçalanın ailəsində anadan olmuşdur. Sank-Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır, burada onun ən yaxın tərbiyəçi müəllimləri N. F. Jille və A. Losenko oldular. Rəssamlıq Akademiyasından müxtəlif mükafatlar almışdır: böyük gümüş (1771), kiçik qızıl (1772), böyük gümüş və böyük qızıl (1773). Universiteti 1-ci dərəcəli attestatla heykəltaraşlıq rəssamı dərəcsini aldı.
Kursun sonunda (1773), akademiyanın pensiyaçısı olaraq Romaya (1774—1779) və Parisə (1779—1780) göndərildi. 1782-ci ildə Rusiyaya qayıdaraq, xaricdə düzəltdiyi "Yupiter Qanimed ilə" adlı heykəltaraşlıq qrupuna görə "təyin olunmuş akademik" nüfuzunu aldı. 1788 — 1797-ci illərdə yenidən Parisdə oldu, burada ona Rəssamlıq Akademiyası tərəfindən göndərilən təqaüdçülərə nəzarət etmək tapşırıldı. 1794-cü ildə əvvəlki əsərləri ilə istedadı və biliyini sübut etmiş bir sənətkar kimi akademik dərəcəsinə qaldırıldı, bundan sonra isə professor dərəcəsinə yüksəldi. 1794-cü ildən ömrünün sonuna qədər akademiyada heykəltaraşlıqdan dərs demişdir. 1802-ci ildə vəfat etdi.
Kozlovski tələbələri arasında ən məşhurları Stepan Pimenov və Vasili Demut-Malinovskidir.
Heykəltaraş ilk öncə Smolensk Pravoslav qəbirstanlığında dəfn olundu. 1931-ci ildə qəbri Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığına köçürüldü.
Əsərləri
- Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Aleksandr Suvorov monumenti (1799—1801, bürünc);
- Əsas Peterhof fontanının bəzəyi olan "Şiri məğlub edən Samson" adlı heykəl (1800—1802, zərlənmiş tunc; 1947-ci ildə Böyük Vətən Müharibəsi zamanı oğurlanmışdır, 1947-ci ildə heykəltaraş V. L. Simonov tərəfindən yenidən qurulmuşdur);
- "Oturmuş qız" və "Oxluğundan ox çıxardan Amur" mərmər heykəllə (Ermtiaj);
- Vəliəhd Konstantin Pavloviçin nikahlanma münasibətilə düzəldilən "Gimeney" mərmər heykəli;
- "Requlun Karfagenə qayıdışı" və "Romanı qallardan qurtaran Kamill" barelyefləri (1787, Mərmər saray);
- "Makedoniyalı İskəndərin sayıqlığı" mərmər heykəli (1780-ci illər, Rus Muzeyi);
- "Polikrat" gips heykəli (1790, Rus Muzeyi);
- "Yatan Amur" mərmər heykəli (1792, Rus Muzeyi);
- "Çar fərmanını cıran Yakov Dolqoruki" mərmər heykəli (1797, Tretyakov qalereyası);
- "At üzərində Herkules" tunc heykəli (1799, Rus Muzeyi);
Ədəbiyyat
- Петров В. Н. Михаил Иванович Козловский. 1753—1802. Массовая библиотечка по искусству (30000 nüs.). Л.: Художник РСФСР. 1976.
- Петров В. Н. Михаил Иванович Козловский. 1753—1802. Массовая библиотека по искусству (2-е изд 30000 nüs.). Л.: Художник РСФСР. Оформление серии Д. М. Плаксина. 1976.
- С. Н. Кондаков. Юбилейный справочник Императорской Академии художеств. 1764-1914. 2. Спб.: Товарищество Р.Голике и А.Вильборг. 1915. 258.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mixail kozlovski sözünün mənası, mixail kozlovski haqqında məlumat. mixail kozlovski nədir? mixail kozlovski nə deməkdir?