Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sümükcələrdə qısa, tünd-qəhvəyi, daim 15 cüt yeriş ayaqlı bədən olur. Bədənin uzunluğu 5–50 mm arasında dəyişir. Öndən başın böyürlərində 13–100 buğumlu antenal

Sümükcələr

  • Ana Səhifə
  • Vikipediya
  • Sümükcələr

Sümükcələr (lat. Lithobiomorpha)-dodaqayaqlılar sinfinə aid heyvan dəstəsi.

Sümükcələr
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Mandibulata
Yarımtip:
Çoxayaqlılar
Sinif:
Dodaqayaqlılar
???:
Sümükcələr
Beynəlxalq elmi adı
  • Lithobiomorpha
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  553110
NCBI  41362
EOL  577
FW  

Mündəricat

Xarici quruluşu

Sümükcələrdə qısa, tünd-qəhvəyi, daim 15 cüt yeriş ayaqlı bədən olur. Bədənin uzunluğu 5–50 mm arasında dəyişir. Öndən başın böyürlərində 13–100 buğumlu antenalar və müxtəlif sayda sadə gözcüklər yerləşir. Sümükcələr nəm və qaranlıq yerləri sevir, yumşaq və rütubətli meşə döşənəyinə üstünlük verirlər. Ancaq torpaqda və açıq sahələrdə də onlara rast gəlmək olur.

Həyat tərzi

Azərbaycanda aşkar edilmiş növlərin böyük hissəsi Lithobius (14 növ) və Monotarsobius (18 növ) cinslərinə aiddir. Hessebius və Harpolithobius cinslərinin hərəsindən 1 növ qeydə alınmışdır (Bababəyova, 1993). Böyük Qafqaz rayonlarından 10 növ məlumdur: Harpolithobius perplexus Zal., Lithobiys portschinskii Ssell., L.viriatus Ssel., L.kessleri Ssel., L.pussillus Latz., L.antipai Matic., Monotazsobius curtipes C. K. və b. Növlərin çoxu Şəki-Zaqatala zonasında qeydə alınmışdır. Onlar döşənəkdə, torpağın yuxarı qatında, yarpaqlı meşələrdə ağac qabıqlarının altında yaşayır. Burada qeydə alınmış Lithobius antipai Matic Azərbaycanın başqa təbii zonalarında tapılmamışdır. Kiçik Qafqazın ayrı-ayrı biogeosenozlarında qeydə alınmış 8 növdən Lithobius asoer laeviceps Zal., L. Oblongus Ssel. yalnız biri zona üçün səciyyəvidir. Dağ-meşə qonur torpaqlarda Lithobius kessleri Ssel., Monotarsolius lencoranicus Zal., üzüm və yonca altındakı şabalıdı (boz-qəhvəyi) torpaqlarda Lithobius viriatus Ssel., Monotarsolius Lencoranicus Zal. aşkar edilmişdir. Sümükcələrin ən böyük qrupu (14 növ) Lənkəran zonasının rayonlarında qeydə alınmışdır. Bu zonanın kütləvi növlərindən hirkan enliyarpaq meşələrində döşənəkdə və torpağın yuxarı qatında (0–10 sm), eləcə də çay, limon, üzüm plantasiyalarında yaşayan Litholius viriatus Ssel., L.piceus L. K., Monotarsobius lencoranicus Zal. göstərmək olar. Kür-Araz ovalığı rayonlarında yalnız iki növ qeydə alınmışdır: Lithobius cronebergii Ssel. və Monotarsobius curtipes C. K. (Ağsu rayonunda).

Yayılması

Bütün dünyada məlum olan 1100-ə yaxın növdən MDB-də 131, Qafqazda — 54, Azərbaycanda – 24 növ və yarımnöv qeydə alınmışdır. Azərbaycanda Böyük Qafqaz, Kiçik Qafqaz, Şəki-Zaqatala, Lənkəran zonalarında və Ağsu rayonunda yayılmışdır.

Təsnifatı

Cinslər:

  • Lithobius
  • Monotarsobius
  • Hessebius
  • Harpolithobius

Növlər

  • Harpolithobius perplexus Zal.
  • Lithobiys portschinskii Ssell.
  • L.viriatus Ssel.
  • Lithobius kessleri Ssel.
  • L.pussillus Latz.
  • Lithobius antipai Matic.
  • Monotazsobius curtipes C.K.
  • Lithobius asoer laeviceps Zal.
  • L.Oblongus Ssel.
  • Monotarsolius lencoranicus Zal.
  • Lithobius viriatus Ssel.
  • L.piceus L.K.
  • Litholius viriatus Ssel.
  • Lithobius cronebergii Ssel.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sümükcələr sözünün mənası, sümükcələr haqqında məlumat. sümükcələr nədir? sümükcələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Könül Bünyadzadə

  • Fevral 27, 2026

    Hənəfi məzhəbi

  • Fevral 27, 2026

    2012-ci il

  • Fevral 27, 2026

    Rafiq İbrahimov

  • Fevral 23, 2026

    9 oktyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst