Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Barrikada (fr. barricade) — hücum edən rəqibdən müdafiə olunmaq üçün küçə, yol, körpü və dağ keçidlərinin qarşısını kəsən əsasən şalban, qum kisələri, daş, eləc

Barrikada

  • Ana Səhifə
  • Vikipediya
  • Barrikada

Barrikada (fr. barricade) — hücum edən rəqibdən müdafiə olunmaq üçün küçə, yol, körpü və dağ keçidlərinin qarşısını kəsən əsasən şalban, qum kisələri, daş, eləcə də araba, çəllək, işıqlandırma dirəkləri və sairədən düzəldilən süni sədd.

İstifadəsi

Qədim zamanlarda əsasən müharibə vaxtı, şəhərdə, meşələrdə və dağlarda, eləcə də düşmənin sahilə yan almasını qarşılamaq üçün, çayın üstündəki körpülərin uğrunda döyüşlərdə istifadə olunurdular.

XIX əsrin ikinci yarısında, bir sıra şəhər üsyanları (Paris 1827, 1830, 1832, 1834, Berlin, Vyana, Praqa − 1848, Drezden 1849) ilə müşayiət olunan Avropada inqilabi hərəkatı qalxması ilə əlaqədar barrikada döyüşləri taktikası da təkmilləşdi. Barrikadalar qəliz fortifikasiya qurğularına çevrilirlər, üsyanın ümumi planına və küçə döyüşü taktikasına uyğun tikilirlər.

Paris küçələrində barrikada, 1871

1871 ildə Paris kommunası vaxtı kommunarlar barrikadalardan geniş yararlanırlar. XIX əsrin ikinci yarısından hərbi texnikanın və şəhərlərin yenidən planlanması ilə bağlı olaraq (geniş və düz və deməli süpürmə atəş üçün yararlı küçələrin salınması), barrikada döyüşlərinin aparılması şəraiti dəyişmişdir. K. Marksın "1848–1850-ci illərdə Fransada sinfi mübarizə" əsərinə girişdə Fridrix Engels Avropa inqilabi hərəkatı perspektivlərinə öz baxışlarını açıqlayaraq, yazırdı ki, küçə döyüşlərinin əski taktikası üsyanın qələbəsinin həlledici şərti olan hücum taktikasını təmin etmirdi. O yazırdı: "Köhnə tipli üsyan, 1848-ci ilə qədər hər yerdə həlledici olan barrikadalı küçə döyüşləri, əhəmiyyətli dərəcədə köhnəlmişdir.". Əgər dövlətlər arasında müharibələr üçün şərait dəyişmişsə, "deməli ondan az olmayaraq sinfi mübarizə üçün də dəyişmişdir". Lakin Engels, silahlı üsyan forması kimi küçə mübarizəsindən imtina etməməyi, əksinə, barrikada taktikasının zəifliklərini aradan qaldıra biləcək, bu mübarizənin yeni fəndlərini işləməyi təklif edirdi. Engelsin barrikada döyüşlərinin köhnəlməsi barədə mülahizələrini, II İnternasional liderləri, hərbi texnikanın inkişafı şəraitində, mübarizədə silahlı üsyandan imtina etmək üçün bəhanə kimi istifadə edirdilər.

Varşava üsyanı vaxtı küçələrdə barrikada, 1944

Lakin inqilabi hərəkatın sonrakı inkişafı bunun yanlış olduğunu göstərdi. Xüsusi ilə Birinci rus inqilabında, 1905-ci il dekabr Moskva üsyanı vaxtı rus inqilabçıları Paris kommunası vaxtı barrikada döyüşlərinin ümumi təcrübəsini Kommunanın generalı Güstav Pol Klüzerenin memuarlarından, barrikada taktikasının təkmilləşdirilməsi üçün geniş istifadə edirdilər.

Əlcəzair küçələrində barrikada, 1960

Barrikadalardan İkinci Dünya müharibəsi və sonrakı müharibələrdə, əsasən şəhər döyüşlərində geniş istifadə olunurdu.

Bakıda Qara Yanvar hadisəsi zamanı hərbi zirehli maşınlar tərəfindən yararsız hala salınmış mülki nəqliyyat vasitələrindən ibarət barrikada, 1990

1990 il 19–20 yanvar gecəsi sovet qoşunlarının qarşısını kəsmək məqsədilə Bakının əsas girişlərində və bəzi hərbi hissələrin çıxış darvazaları qarşısında şəhərə daxil olmağa hazırlaşan texnikanın qarşısını almaq üçün avtobus, trolleybus və yük maşınlarından ibarət barrikadalar qurulmuşdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, barrikada sözünün mənası, barrikada haqqında məlumat. barrikada nədir? barrikada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ağacan Abıyev

  • Fevral 27, 2026

    Üşnəviyyə

  • Fevral 27, 2026

    Mirzə Kərim

  • Fevral 25, 2026

    V Henri

  • Fevral 27, 2026

    Mercedes-Benz CLS-class

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst