Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elizabet Farneze (isp. Isabel de Farnesio; it. Elisabetta Farnese; 25 oktyabr 1692[…] – 11 iyul 1766[…]) — Parma şahzadəsi Odoardo Farnezenin qızı, İspaniya kra

İzabella Farneze

  • Ana Səhifə
  • Vikipediya
  • İzabella Farneze

Elizabet Farneze (isp. Isabel de Farnesio; it. Elisabetta Farnese; 25 oktyabr 1692[…] – 11 iyul 1766[…]) — Parma şahzadəsi Odoardo Farnezenin qızı, İspaniya kraliçası.

İzabella Farneze
isp. Isabel de Farnesio
İspaniya kraliçası
24 dekabr 1714 – 14 yanvar 1724
ƏvvəlkiSavoyyalı Luiza Qabriella
SonrakıOrleanlı Luiza Yelizaveta
6 sentyabr 1724 – 9 iyul 1746
ƏvvəlkiOrleanlı Luiza Yelizaveta
SonrakıPortuqaliyalı Barbara
Şəxsi məlumatlar
Doğum tarixi 25 oktyabr 1692(1692-10-25)[…]
Vəfat tarixi 11 iyul 1766(1766-07-11)[…] (73 yaşında)
Fəaliyyəti əsilzadə
Atası Odoardo Farneze
Anası Düsseldorflu Doroteya Sofiya
Həyat yoldaşı
  • V Filipp (İspaniya kralı) (1714)
Uşaqları
  • III Karl,
  • Marianna Viktoriya,
  • İnfant Filipp,
  • Mariya Tereza Rafaella,
  • Kardinal-infant Lüdovik,
  • Mariya Antuanetta Ferdinanda
Ailəsi Farneze ailəsi
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

25 oktyabr 1692-ci ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Ranuççio Farnezenin oğlu Şahzadə Odoardo, Pfals kürfürstü Filipp Vilhelmin qızı Doroteya Sofiyadır. Hələ 1 yaşında ikən öncə özündən bir yaş böyük qardaşı Alessandro, ardından isə atası Şahzadə Odoardo vəfat etdi. Üstəlik, siyasi münasibətlərin kəsilməməsi adına anasının hersoqun digər oğlu və yeni varis Şahzadə Françesko ilə evləndirilməsi müzakirə edilirdi. Bu müzakirələr davam etdiyi əsnada, babası II Ranuççio Farneze 1694-cü ildə vəfat etdi və əmisi Şahzadə Françesko taxta çıxdı.

Çox keçmədən aparılan danışıqlar nəticələndi və anası Doroteya Sofiya ilə yenicə taxta çıxan əmisi Françesko Farneze nigahlandı. Ancaq onların bu nigahdan övladları olmadı. Parma Hersoq sarayının xüsusi bölümündə qapalı şəkildə böyüdülən Elizabetin anasıyla soyuq münasibətinə baxmayaraq, ögey atasına (eyni zamanda əmisi olan) sıx bağlı idi. Latın, fransız və alman dilləri, eləcə də ritorika, fəlsəfə, coğrafiya və tarix elmləri üzrə mükəmməl təhsil aldı. Uşaq yaşlarında çiçək xəstəliyinə yoluxduğu üçün üzündə xəstəliyin əlaməti olan ləkələr vardı.

Atasının və iki əmisinin oğul varisi yox idi. Bu isə onu Parma taxt-tacının varisi elədi. Bu səbəblə, uşaq yaşlarından etibarən gələcəkdə kimlə evlənəcəyi müzakirə edildi. Savoyya hersoqu II Viktor Amadeyin və Modena hersoqu Rinaldo d'Estenin öz oğulları üçün etdiyi evlilik təklifləri geri çevrildi. Nəhayət, Burbon-Habsburq mübarizəsində fransızları dəstəkləyən əmisi Françesko Farnezenin apardığı siyasətin nəticəsi kimi, Burbon ailəsindən seçilən yenicə dul qalmış İspaniya kralı V Filipplə evləndirilməsinə qərar verildi. 16 sentyabr 1714-cü ildə Parmada keçirilən formal bir mərasimlə nigahlandı. Qısa zamanda italyan heyətiylə birlikdə İspaniyaya yollanan Elizabet yolda ikən Fransa kralı XIV Lüdovikin (bəyin babası idi) hədiyyələrini qəbul etdi. Noyabr ayında Bayonnada keçmiş İspaniya kraliçası olan xalası Mariya Annanın bir neçə gün boyunca qonağı oldu. Nəhayət, 24 dekabrda Qvadalaxarada V Filipplə görüşdü və cütlük bir-birinə ilk baxışda aşiq oldu.

Kralla birlikdə tez-tez ova çıxırdı və həm özü, həm də ətrafındakı italyan xidmətçiləri üçün həddindən çox pul xərcləyirdi. V Filippin üzərində nüfuz qazandı və saraydakı fransız təsirini azaltmağa çalışdı. Kralın səhhətinin pis olması və dövlət işlərindən uzaq qalması səbəbilə dövlət işlərini ələ aldı. Bu isə həm xalqın, həm də saray əyanlarının narazılığına səbəb oldu. Üstəlik, kralın ilk evliliyindən doğulan oğlu İnfant Filippin 1719-cu ildə uşaq yaşda vəfat etməsiylə günahlandırıldı. Bu səbəblə, digər ögey oğulları Lüdovik və Ferdinandla münasibətləri pisləşdi. Bütün bunlara baxmayaraq 1724-cü ildə ərinin ögey oğlu Lüdovikin lehinə taxtdan çəkilməsinə mane ola bilmədi. Ögey oğlunun 7 aylıq səltənəti boyunca əriylə birlikdə Seqoviyadakı La Qranja sarayında yaşayan Elizabet Farneze dövlət işlərindəki nüfuzunu itirmədi. Ögey oğlu I Lüdovikin yoluxduğu çiçək xəstəliyi səbəbilə vəfat etməsinin ardından ərinin yenidən taxta çıxması üçün əlindən gələni elədi.

Xarici siyasətdəki əsas hədəfi İspaniyanın italyan torpaqlarındakı mülklərini geri almaq idi. Çünki İspaniya taxtı ögey oğlu İnfant Ferdinanda miras qalacaqdı və öz oğullarının İspaniyada taxta çıxması ehtimalı az idi. Bu səbəblə, övladları üçün İtaliyada taxt-tac təsis etmək istəyirdi. Nəticədə, böyük oğlu İnfant Karlos 1731-ci ildə Parma hersoqluğuna, 1735-ci ildə isə Neapol krallığına sahibləndi. Digər oğlu İnfant Filipp isə 1748-ci ildə Parma hersoqu ünvanı aldı və Burbon-Parma ailəsinin banisi oldu.

9 iyul 1746-cı ildə V Filippin ölümü və ögey oğlu VI Ferdinandın taxta çıxmasının ardından Elizabet Farnezenin də səltənəti bitdi. İlk başda pərdəarxası hakimiyyəti əldən vermək istəməyən Elizabet Farneze müxalifətçiləri ətrafında topladı. Yeni İspaniya kraliçası Portuqaliyalı Barbaraya qarşı mübarizədə məğlub edildi və 23 iyul 1747-ci ildə edilən razılıqla La Qranja sarayına sürgün olundu. Ölümünədək burada siyasətdən uzaq bir şəkildə yaşadı.

Varisi olmayan ögey oğlu VI Ferdinandın 1759-cu ildə vəfatından sonra yenidən siyasətə qarışan Elizabet Farneze taxtın vəliəhdi olan oğlu İnfant Karlosun adına taxta əl qoydu. O əsnada Neapol kralı olan oğlunun Madridə gəldiyi 1760-cı ilədək naibə olaraq dövlət idarəsini ələ aldı. 1766-cı ildə Araçuez sarayında vəfat etdi.

Övladları

  • III Karl, Parma hersoqu, Neapol kralı, İspaniya kralı
  • Françesko (1717), körpə ikən vəfat etdi.
  • Marianna Viktoriya, Portuqaliya kraliçası
  • Filipp, Parma hersoqu
  • Mariya Tereza Rafaella
  • Lüdovik, Çinçon qrafı
  • Mariya Antuanetta Ferdinanda, Sardiniya kraliçası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇zabella farneze sözünün mənası, i̇zabella farneze haqqında məlumat. i̇zabella farneze nədir? i̇zabella farneze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Sarov (Tərtər)

  • Mart 04, 2026

    Paqo-Paqo

  • Mart 06, 2026

    Marneuli rayonu

  • Mart 01, 2026

    İbn Vərdan

  • Fevral 27, 2026

    Məşrutə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst