Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı S

Adi quşarmudu

  • Ana Səhifə
  • Vikipediya
  • Adi quşarmudu

Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.

Adi quşarmudu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Almakimilər
Yarımtriba:
Almakimilər
Cins:
Quşarmudu
Növ:
Adi quşarmudu
Beynəlxalq elmi adı
  • Sorbus aucuparia L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  25320
NCBI  36599
EOL  241042

Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir.

Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular [alma, limon, salisil turşuları] və qatranlı maddələr vardır. Bundan başqa meyvələrinin tərkibində karotin, C, B1, B2, və s. vitaminləri vardır. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Belə ki, qurudulmuş meyvələrindən çay hazırlayıb, avitaminozlarda daha çox işlədirlər.

Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər.

Mündəricat

Botaniki xarakteristikası

Hündürlüyü 6-8 (bəzən 15) m, gövdəsinin diametri 40 sm çatan ağac və ya hündür koldur. Gövdəsinin qabığı boz, hamar, qoca ağaclarda çatlıtəhərdir. Tumurcuqları konus formalı, tünd rəngli, ağımtıl tüklüdür. Yarpaqları təklələkli, qısa ucu biz olan 11– 19 yarpaqcıqdan ibarətdir. Orta yarpaqcıqların uzunluğu 4-8 sm, eni 0.8-3 sm qeyri-simmetrik yumurtavari-lansetvari, qıraqları yuxarı hissədə iti mişarvaridir. Üstdən yaşıl, altdan bozumtul-mavitəhər rənglidir. Çiçək qrupu çoxçiçəkli, qalxanvaridir, tüklənmiş, sonradan çılpaqlaşan budaqcıqların ucunda yerləşir. Çiçəkləri 10–15 mm, ağ, özünəməxsus kəskin iyə malikdir. Narıncı və sarımtıl rəngli yetişmiş meyvələri 7–11 mm, kürəvari, yumurtavari və ya uzunsov yumurtavaridir, 2-4 (bəzən 8) ədəd uzunsov, ucu biz toxumu vardır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir.

Qısa morfoloji təsviri

6–15 m hündürlüyündə, ağac və ya kol bitkisidir. Tumurcuqları tünd, konusşəkilli, ağımtıl tüklüdür. Yarpaqları təklələkvaridir. 13-15 yarpaqcıqdan ibarətdir. Yuxarıda yerləşən yarpaqlar çılpaq, orta yarpaqlar yumurtavari-lansetşəkilli və ya uzunsov-lansetvari, yuxarı hissədən kənarları dişli, aşağı hissədən bütövkənarlı, 5-6 sm uzunluğunda, 1,5-1,8 sm enindədir. Çiçəkləri çoxçiçəkli qalxancıqda yerləşir. Ləçəkləri ağ, kəskin özünəməxsus ətirli, 10–15 mm diametrindədir. Kasacığı əyilmiş, kənarları dişli, vəzili, kirpikciklidir. Yetişmiş meyvələri şarvari, yumurtavari və ya uzunsov-yumurtavari, narıncı, bəəzn sarımtıl, 2-4 uzunsov toxumludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi avqust-sentyabr aylarına təsadüf edir. Meşə kənarlarında, fıstıq meşələrində talalarda, yuxarı dağ qurşaqlarında rast gəlinir.

Mənşəyi və yayılması

Adi quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər.

Adi quşarmudu qafqaz coğrafi tipinin qafqaz sinfinin qafqaz qrupuna aiddir. Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqazda və Kiçik Qafqazın şimal rayonlarında yuxarı meşə zolağından yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir. Böyük Qafqazın qərbi və Quba sahəsi, Kiçik Qafqazın şimal hissəsidir.

Sayı və tendensiyası

Populyasiya azalır, yaşama ərazisi məhdudlaşır.

Ekoloji qrup və bitdiyi yerlər

Kseromezofitdir, meşə və qayatöküntü bitkilik tiplərində rast gəlir. Meşə talaları, meşə kənarları, fıstıq meşələri və qayalarda tək-tək, ya da qrup şəklində rast gəlir.

Kimyəvi tərkib

Adi quşarmudu flavonoid, steroid, C, P, B2, E vitaminləri, piyli yağlar, aromatik və sianogen birləşmələr, aşı maddələri, fenolkarbon və üzvü turşular, karotinoidlər və antosianlarla zəngindir.

Təsiri və tətbiqi

Elmi, eksperimental və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Hind və Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə-bağırsaq, dizenteriya, qaraciyər, böyrək, böyrək daşı, sinqa, angina, revmatizm xəstəliklərinə qarşı, habelə avitaminoz, ishal və maddələr mübadiləsinin pozulması zamanı istifadə olunur. Antifunqal, antibakterial, protistosid, kontraseptiv, yarasağaldıcı, diuretik, işlədici, büzüşdürücü, hemostatik, iltihab proseslərinə qarşı və insektisid təsirə malikdir.

İstifadə olunan hissələri

Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.

Müalicə məqsədi ilə bitkinin tumurcuqları, çiçəkləri, meyvələri, yarpaqları və qabığı istifadə edilir.

İstifadə formaları

Dəmləmə və cövhər.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Meyvələri yeməlidir, qənnadı məmulatlarının və spirtli içkilərin hazırlanmasında istifadə olunur. Quru meyvələr çay və qəhvə suroqatı kimi istifadə oluna bilər. Yaxşı bal və çiçək tozu verir. Dekorativ və boyaq bitkisidir.

Məhdudlaşdırıcı amillər

Dərman bitkisi kimi əhali tərəfindən həddindən artıq toplanılması, kolların qırılması kimi səbəblərdir.

Mühafizə tədbirləri

Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

Sinonimləri

Homotipik sinonimləri

  • Aucuparia pinnata Fourr.
  • Aucuparia silvestris Medik.
  • Crataegus aucuparia (L.) Salisb.
  • Mespilus aucuparia (L.) Scop.
  • Pyrenia aucuparia (L.) Clairv.
  • Pyrus aucuparia (L.) Gaertn.
  • Pyrus aucuparia var. typica (C.K.Schneid.) Asch. & Graebn.
  • Sorbus aucuparia subsp. euaucuparia Briq.
  • Sorbus aucuparia typica Beck
  • Sorbus aucuparia var. typica C.K.Schneid.

Yarımnövləri

  • Sorbus aucuparia subsp. aucuparia
  • Sorbus aucuparia subsp. glabrata (Wimm. & Grab.) Hedl.
  • Sorbus aucuparia subsp. pohuashanensis (Hance) McAll.
  • Sorbus aucuparia subsp. praemorsa (Guss.) Nyman

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, adi quşarmudu sözünün mənası, adi quşarmudu haqqında məlumat. adi quşarmudu nədir? adi quşarmudu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    19 aprel

  • Fevral 27, 2026

    Quşçu Ayrım

  • Mart 01, 2026

    Komrat

  • Mart 06, 2026

    Darboğaz

  • Mart 06, 2026

    Şahin Həsənli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst