Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək verm

Jalə İnan

  • Ana Səhifə
  • Vikipediya
  • Jalə İnan

Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır.

Jalə İnan
türk. Jale İnan
Doğum adı Jale Oğan
Doğum tarixi 1 fevral 1914
Doğum yeri İstanbul, Türkiyə
Vəfat tarixi 27 fevral 2001 (87 yaşında)
Vəfat yeri İstanbul
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Vətəndaşlığı türk
Atası Aziz Ogan[d]
Elm sahəsi Arxeologiya
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1943)
İş yeri
  • İstanbul Universiteti
Təhsili
  • Münhen Lüdviq-Maksimilian Universiteti
Elmi rəhbəri Gerhart Rodenwaldt[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.

Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.

İstanbul Universiteti Ədəbiyyat fakültəsində professor Boşun köməkçisi olaraq işə başlayan Jalə İnan, liseydən tanıdığı Mustafa İnanla 1944-cü ildə ailə həyatı qurdu. Növbəti ildə övladları Hüseyn doğuldu.

1946-cı ildə İstanbul Universiteti klassik arxeoloji kürsüsünün qurulmasında iştirak etdi. Kürsünün ilk köməkçiliyini professor Arif Müfid Manselin rəhbərliyi altında etdi. Həmin ildə Mansellə birlikdə Türk Tarix Qurumu adına Antaliyada Side şəhəri qazıntılarına, növbəti il Perge antik şəhəri qazıntılarına başladılar. 1953-cü ildə dosent, 1963-cü ildə professor oldu. Manseldən sonra 1974–1980-ci illər arasında Side, 1975–1987-ci illəri arasında isə Perge qazıntılarına rəhbərlik etdi. Qazıntıları zamanı Side Roma Hamamının Side muzeyinə çevrilməsi üçün çalışdı. 1975-ci ildə Klassik Arxeologiya Kürsüsünün sədri seçildi.

Jalə İnan son illərini Parkinson xəstəliyi ilə mübarizə apararaq keçirdi. 2001-ci ildə vəfat etdi.

4 sentyabr 2014-cü ildə doğumunun 100 illiyinə həsr olunmuş "Yüzüncü Yaşında Bilimde ve Anılarda Prof. Dr. Jale İnan" adlı etkinliklə anıldı.

Yorğun Herakl heykəli

Jalə İnan 1980-ci ildə Pergedə komandası ilə birlikdə beldən yuxarısı olmayan Herakl heykəli tapdılar. "Yorğun Herakl" adıyla bilinən heykəlin alt bölümü illərcə Antaliya muzeyində sərgiləndi, lakin üst bölümü illərlə tapılmadı. 1990-cı ildə Özcen Acarın verdiyi bir xəbərlə itən parçanın ABŞ-da olduğunu bildirdi.

Heykəlin üst hissəsi 2011-ci ildə Türkiyəyə gətirildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jalə i̇nan sözünün mənası, jalə i̇nan haqqında məlumat. jalə i̇nan nədir? jalə i̇nan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    ABŞ gerbi

  • Mart 04, 2026

    Onflör

  • Fevral 27, 2026

    Abakan

  • Mart 01, 2026

    Qulamrza Cavidan

  • Fevral 27, 2026

    Graffenrieda

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst