Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qulamrza Cavidan (1911, Sərab, Şərqi Azərbaycan ostanı – 23 fevral 1947, Təbriz) — fədai, siyasətçi, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökum

Qulamrza Cavidan

  • Ana Səhifə
  • Vikipediya
  • Qulamrza Cavidan

Qulamrza Cavidan (1911, Sərab, Şərqi Azərbaycan ostanı – 23 fevral 1947, Təbriz) — fədai, siyasətçi, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökumətinin polkovniki, Marağa şəhərinin qubernatoru.

Qulamrza Cavidan
Şəxsi məlumatlar
Doğum tarixi 1911(1911)
Doğum yeri
  • Sərab, Sərab şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 23 fevral 1947(1947-02-23) (35–36 yaşında)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat səbəbi asılma[d]
Partiya
  • Azərbaycan Demokrat Firqəsi
Fəaliyyəti qubernator
Rütbəsi
  • polkovnik

Təltifləri "21 Azər" medalı — 19461946

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah qoşunları tərəfindən Təbrizdə asılıb.

Ölümündən sonra Səməd Vurğun ona şeir, Gəncəli Sabahi isə hekayə həsr edib.

Mündəricat

Həyatı

Qulamrza Cavidan 1911-ci ildə Sərab ətrafında anadan olub.

Tudə partiyasının Sərab komitəsinin və Azərbaycan Antifaşist cəmiyyətinin üzvü olub. 1944-cü ildə Sərabda həbs olunub. Amma tezliklə azadlığa çıxıb. Sərabdakı fədailərə rəhbərlik edib. Noyabrın 15-dən etibarən şah qoşunlarından Sərabdan təmizlənməsində iştirak edib.

Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Qulamrza Cavidan olub.

1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün polkovnik rütbəsi alıb və "21 Azər" medalı ilə təltif olunub. Azərbaycan Milli Hökuməti tərəfindən Marağanın qubernatoru və polis rəisi təyin olunub.

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.

1947-cı il fevralın 23-də Milli Hökumətin zabitləri Məhəmmədrza Hacızadə və Əli Əkbər Ramtin ilə birlikdə Təbrizdə asılıb. Asılmamışdan qabaq etdiyi son çıxış:

" Siz bu gün mənim səsimi boğursunuz. Lakin zülm və sitəmdən cana gəlmiş məzlum xalqların azadlığa çağıran fəryadları hər yanda ucalmaqdadır. Siz ildırım kimi çaxan bu azadlıq çağırışlarını susdura bilməzsiniz. Mən Azərbaycan xalqının azadlığı yolunda öz müqəddəs vəzifəmi yerinə yetirib ölürəm. Azadlıq ölməyəcəkdir. "

Xatirəsi

Qulamrza Cavidanın son sözləri "Kommunist" qəzetinin 23 aprel 1949-cu il sayında çap olunub. Bunu oxuduqdan 4 gün sonra Səməd Vurğun "Kommunist" qəzetində Qulamrza Cavidan haqqında "Qəhrəmanlara eşq olsun!" adlı məqalə yazıb və ona şeir həsr edib.

Azərbaycan yazıçısı Gəncəli Sabahinin yazdığı "Şərəfli ölüm" hekayəsinin baş qəhrəmanı Qulamrza Cavidandır. Hekayədə onun həyatı və mübarizəsi təsvir olunub.

Həmçinin bax

  • Sədi Yüzbəndi
  • Firudin İbrahimi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qulamrza Cavidan haqqında məlumat. Qulamrza Cavidan nədir? Qulamrza Cavidan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yeni Dehli

  • Fevral 27, 2026

    Geosentrizm

  • Fevral 27, 2026

    III Osman

  • Fevral 27, 2026

    Səff surəsi

  • Fevral 27, 2026

    İsgəndər Aznaurov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst