Oqtay Rüfət (10 iyun 1914, Trabzon, Osmanlı imperiyası – 18 aprel 1988, İstanbul) –şair, yazıçı, vəkil.
| Oqtay Rüfət | |
|---|---|
| türk. Ali Oktay Rıfat | |
| Fayl:Oktay Rifat.jpg | |
| Doğum tarixi | 10 iyun 1914 |
| Doğum yeri | |
| Vəfat tarixi | 18 aprel 1988 (73 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Atası | Samih Yalnızgil |
| Təhsili |
|
| Fəaliyyəti | şair, yazıçı, şair-vəkil[d], vəkil |
Həyatı
1914 – cü il iyunun 10 – da Trabzonda dünyaya gəlib. Atası Samih Rüfət Trabzon valisi , şair və dilçi olub. Anası Münəvvər xanım Həsən Ənvər Paşanın qızı olub. Doğulub böyüdüyü ailədə bir çox sənətkarlar olub. Ulu babası Macar Xurşid bəy həm türk, həm də avropa musiqisində hərtərəfli və istidadlı bəstəkar olub. Babası Albay Həsən Rüfət bəy şeir ilə maraqlanıb. Əmisi Əli Rüfət bəy
çox istedadlı və tanınmış bəstəkar olub. Xalası Cəmilə xanım rəssam olub. Onun oğlu isə Nazim Hikmət dünyaca məşhur şair olub.
Orta məktəbi 1925-1932 illərdə Ankara Oğlan məktəbində oxuyub. Bu məktəbdə müəllimi məşhur şair Əhməd Həmdi Tampınar olub. İlk şeirlərini bu məktəbdə yazıb. Burada Melih Cevdet və Orxan Vəli ilə dostluq etməyə başlayıblar. Üç dost sonra "Qərib ədəbiyyatı" janrının əsasını qoyublar. Üç dost, məktəb daxilində "Səsimiz" adlı jurnalı dərc edərək öz yazdıqları şeirləri yayımlayıblar.
1932-1936 - cı illərdə Ankara Universitetinin Hüquq Fakültəsində təhsil alıb. Ədəbiyyata olan marağı və sevgisi tələbə olduğu vaxtlarda da davam edib. Bu müddət ərzində də əsərlər yazıb. Məzun olduğu il, dostları Melih Cevdet və Orxan Vəli ilə birlikdə inkişaf etdirdikləri yeni janrda yazdıqları şeirləri "Varlıq" jurnalında nəşr etdiriblər.
1937- ci ildə dövlət imtahanını qazanaraq Maliyyə Nazirliyinin hesabına siyasətin əsaslarını oxumaq üçün Parisə göndərilib. Parisdə qaldığı müddət ərzində Fransız şeir üsulundan ilham alıb. Üç il sonra İkinci Dünya müharibəsi səbəbindən doktorantura təhsilini tamamlamadan 1940-cı ildə Türkiyəyə qayıdıb.
Yaradıcılığı
Parisdən qayıtdıqdan sonra bir müddət İqtisadiyyat Nazirliyində , sonra Mətbuat Ümmum Müdürlüyündə işləyib. Daha sonra Ankarada vəkil olaraq işləyərək qazancını bu yolla əldə edib. Eyni zamanda 1941-ci ildə yılında Orxan Vəli və Melih Cevdet ilə ədəbiyat dünyasında büyük müzakirələrə səbəb olan “Qərip” adlı şeir kitabını nəşr etdiriblər. Şeirlerini "Yaşayıb Ölmək, Eşq və Avaralıq Üstüne Şeirlər"(1945), "Gözəlləmə"(1945) ve "Aşağı Yuxarı"(1952) adlı şier kitaplarının ilə bərabər "Ailə" (1947), Orxan Vəli tərəfindən nəşr olunan "Yarpaq" (1949-1950) ve "Yedditəpə" (1951-1957) adlı jurnallarda yayımlayıb.
1955 - ci ildə İstanbulda məskunlaşıb vəkilliyə davam edib. Eyni ildə nəşr etdirdiyi “Cığalı küçə” adlı şeir kitabının önsözü müzakirələrə səbəb olub. 1958 - ci ildə “Eşq nərdivanı" adlı şeir kitabını nəşr etdirib. 1961 - ci ildən etibarən Türkiyə Respublikası Dövlət Dəmir Yollarında vəkillik etməyə başlayıb və 1973 - cü ildə təqaüdə çıxanadək bu qurumda fəaliyyət göstərib.nı
1960 - cı illərdə latın və yunan aşıqlarının mifoloji kitaplarını türk dilinə tərcümə edib. 1969 - cu ildə yazdığı “Şeirlər” adlı kitabı ilə "Türk Dil Qurumu Şeir Mükafatı"nı alıb. Bu zamandan sonra teatr və roman yazılarına daha üstünlük verib. "Oyun İçində Oyun", "Zabit Fatmanın quzusu", "Atlar və Fillər", "Yağış Sıxıntısı", "Qadınlar Arasında", "Bir qrupİnsanlar" ve "Çil Xoruz” adlı oyunları yazıb və hər biri tamaşaya qoyulub. Dostu Melih Cevdet ile “Qısqanclar” adlı teatr tamaşasını qələmə alıb. 1976- cı ildə “Bir qadının pəncərəsindən” adlı ilk romanını nəşr etdirib. 1980 - ci ildə “Danaburnu” kitabı ilə Madaralı Roman Mükafatını qazanıb. Eyni ildə “Bir Siqar İçimi” adlı şeiri Sedat Simavi Fondu Mükafatını qazanıb. 1984 - cü ildə "Dilsiz ve Çılpaq” kitabı ilə Behçet Necatigil Şeir Mükafatını alıb.
Oqtay Sabiha Rüfət ilə ailə qurub. Sabiha xanım fransız dili tərcüməçisi olub. O, ömrünün son günlərinədək əsərlər yazıb. "Yağış sıxıntısı" adlı əsərini yazdıqdan sonra 1988-ci il aprelin 18 - ində İstanbulda dünyasını dəyişib. Karacaahmet Qəbristanlığında dəfn olunub.
Oqtay Rüfət məktəb illərindən şeir yazmağa başlayıb. Yazdığı şeirlər 1936 - 1944 -cü illərdə "Varlıq" jurnalında nəşr olunub. İlk şeirlərində heca vəznindən istifadə edib. Daha sonra isə sərbəst şeir vəzninə keçib. 1941- ci ildə Orxan Vəli və Melih Cevdet ilə birlikdə Garip adlı şeir kitabını nəşr etdirib.
"Perçemli küçə" adlı kitabı ilə Türk şeirinde yeni janıra imzasını atıb. 1960-cı illərdə yazdığı şeirlərində ictimai problemlər, işçilərin haqları və sistemin qarışılığı haqqında yazıb. Xüsusilə, 1966 - cı ildə nəşr olunmuş "Əlləri Var azadlığın" adlı şeir kitabında bu düşüncələrin təsiri açıq aydın görülüb. 1969 - cu ildə nəşr etdirdiyi , "Şeirlər" adlı kitabı ilə, ədəbiyyat həyatında üçüncü (son) dönəmə keçid edib.
Əsərləri
Şeirləri
- 1941: "Qərib"
- 1945: "Gözəlləmə"
- 1946: "Yaşayıb Ölmək,Eşq və Avaralıq Haqqında Şeirlər"
- 1952: "Aşağı Yuxarı"
- 1954: "Qarğa ilə Tülkü"
- 1956: "Saqqallı küçə"
- 1958: "Aşiq pilləkəni"
- 1963: "İkilik" (Aşağı Yuxarı; Qarğa və Tülkünün ikinci hissəsi)
- 1966: "Əlləri var azadlığın"
- 1969: "Şeirlər"
- 1973: "Yeni şeirlər"
- 1976: "Çobanıl şeirlər"
- 1979: "Bir siqaret çəkmə"
- 1980: "Elifli"
- 1982: "Dənizə tərəf danışmaq"
- 1984: "Dilsiz və çılpaq"
- 1987: "Böyük bir yay"
- 2007: "Bütün şeirləri I"
- 2007: "Bütün şeirləri II"
Romanlar
- 1976: "Bir qadının pəncərəsindən"
- 1980: "Danaburnu"
- 1982: "Bay Lear"
Teatr Tamaşalarıbı
- 1961: "Bir qrup insanlar"
- 1985: "Qadınlar arasında" ya da "Fəttah Paşalar" (Dövlət Teatrı- nda tamaşaya qoyulub)
- 1988: "Atlarla fillər" ya da "Dirlik düzənlik" (ilk nəşr)
- 1988: "Çil xoruz" (ilk nəşr)
- 1988: Yağış problemi" (ilk nəşr)
Mükafatlar
- 1954: "Yedditəpə şeir mükafatı" - "Qarğa ilə tülkü" adlı kitabı ilə;
- 1970: "Türk dil qurumu şeir mükafatı" - "Şeirlər" adlı kitabı ilə;
- 1970: Ankara Sənət Sevənlər Dərnəyi ən yaxşı tamaşa yazarı və TRT Sənət Mükafatı Yarışması Uğur Mükafatı - "Yağış problemi" teatr tamaşası ilə;
- 1980: Sedat Səmavi Fondu Mükafatı - "Bir siqaret çəkimi" adlı şeir kitabı ilə;
- 1984: Necatigil Şeir Mükafatı - "Dilsiz və çılpaq" adlı kitabı ilə;
- 1980: Madaralı Roman Mükafatı - "Danaburnu" adlı romanı ilə;
Həmçinin bax
- MEB 100 Türk edebiyatçısı listesi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, oqtay rüfət sözünün mənası, oqtay rüfət haqqında məlumat. oqtay rüfət nədir? oqtay rüfət nə deməkdir?