Fridrix Qustav Yakob Henle (19 iyul 1809[…], Fürt[d], Mərkəzi Frankoniya – 13 may 1885[…], Göttingen) — alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832-ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834-cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837-ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844-cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852-ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855-ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885-ci ildə Göttingendə vəfat etmişdir.
| Fridirix Qustav yakob Henle | |
|---|---|
| alm. Friedrich Gustav Jacob Henle | |
| |
| Doğum tarixi | 19 iyul 1809[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 13 may 1885[…] (75 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | Alman |
| Elm sahəsi | Anatomiya |
| Elmi dərəcəsi | Professor |
| İş yerləri |
|
| Alma-mater | Bonn, Haydelberq universitetləri |
| Təhsili | |
| Tanınmış yetirmələri | Carl Joseph Norden[d] |
| Tanınır | Henle ilgəyi |
| Üzvlüyü |
|
| Mükafatları | |
1888-ci ildə yaşadığı binaya xatirə lövhəsi vurulmuş, lakin 1942-ci ildə nasional-sosialistlər tərəfindən yəhudi mənşəyinə görə götürülmüş və İkinci dünya müharibəsindən sonra təzədən yerinə asılmışdır. Hal-hazırda onun doğulmuş olduğu Fürt şəhəri, Helmstrase 9 ünvanında xatirə lövhəsi asılmaqdadır. Heidelberg anatomiya institutunun preparat zalının önündə onun büstü qoyulmuşdur.
Həmçinin bax
- Henle ilgəyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yakob henle sözünün mənası, yakob henle haqqında məlumat. yakob henle nədir? yakob henle nə deməkdir?
