Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik

Sirmiya

  • Ana Səhifə
  • Vikipediya
  • Sirmiya

Sirmiya (yun. Σίρμιο; lat. Sirmium), tetrarxiya dövründə imperator Qaleriyin rezidensiyası kimi çıxış edən Roma Pannoniyasında (indiki Serbiya) şəhər. Son antik dövrdə şəhərin əhəmiyyəti o dərəcə yüksək idi ki, Ammian Marsellin şəhəri "şəhərlərin əzəmətli anası" adlandırmışdı. Hal-hazırda şəhərin müasir ərazisində Sremska Mitroviça şəhəri yerləşir. Sirmiyadan həmçinin tarixi Srem oblastının da adı törəyib.

İmperator sarayının qalıqları
Roma Pannoniyasının xəritəsi
Sirmiyadakı imperator sarayının qalıqları

I əsrdə romalıların gəlişinə qədər Sirmiyanın yerində illiriyalıların yaşayış məskəni var idi. Prinsipiat dövründə şəhər, daklar və germanlara qarşı hərbi hücumlar üçün tramplin kimi xidmət edirdi. Mark Avreli vaxtının böyük hissəsini burada keçirirdi. Sirmiyada doğulmuş və ya böyümüş şəxslər arasında bir sıra imperatorlar da var: Herenniy Etrusk, Hostilian, Desiy, II Klavdiy, Kvintill, Avrelian, Prob, Maksimian, I Konstansiy və Qrasian.

375-ci ildə imperator Valentian öz iqamətgaını Sirmiyaya köçürmüşdü. Böyük Feodosiy Sirmiyanın imperatoru elan edilmişdi. IV-V əsrlərdə şəhərdə beş kilsə yaradıldı, həmçinin müqəddəs Sirmiyalı İriney və Nümunəçi Anastasiya da burada zahidlik etmişdilər. Roma imperiyasının süqutundan sonra Sirmiyada gepidlərin kralları sikkə zərb edirdilər. 870-ci ildə Sirmiyanın arxiepiskop kafedrasına Solunlu Mefodiy rəhbərlik etməyə başlamışdı.

İmperator I Leopold Sirmiyadakı imperator sarayının qalıqlarının idarəsini Papa XI İnnokentinin Odeskalklar nəslindən olan bacısıoğluna vermişdi. Həmin dövrdən bu nəslin başçısı Sirmio hersoqu (Duca di Sirmio) titulunu daşıyır.

Qeydlər

  1. "Войны древнего Рима: Расцвет и закат Римской империи (Шустов В. Е.)". 8 mart 2017 tarixində . İstifadə tarixi: 16 noyabr 2020.

Linklər

  • Vikianbar Vikianbarda Sirmiya ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sirmiya haqqında məlumat. Sirmiya nədir? Sirmiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baş çavuş

  • Fevral 27, 2026

    Ət-Təbəri

  • Fevral 27, 2026

    Ufa çayı

  • Fevral 24, 2026

    Müqavilə

  • Fevral 27, 2026

    Bişkek protokolu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst