Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalaktus (ing. Galactus) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "F

Qalaktus

  • Ana Səhifə
  • Vikipediya
  • Qalaktus

Qalaktus (ing. Galactus) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) peyda olmuşdur. Güclü kosmik varlıq olan Qalaktus həyatda qalmaq üçün planetləri udmaqla məşğuldur. Qalaktus Marvel davamediciliyində vacib rol oynayan personajdır.

Qalaktus
ing. Galactus
"Stormbreaker: Saga of Beta Ray Bill" (mart-avqust 2005).
"Stormbreaker: Saga of Beta Ray Bill" (mart-avqust 2005).
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Fantastic Four" #48 (mart 1966)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Qalan
Cinsiyyəti kişi[d]
Komiks bioqrafiyası
Üzvlükləri Qalaktusun xəbərgətirənləri
Tanrı heyəti
Mükəmməllər
Düşmənləri Doktor Dum, Tanos
Ləqəbləri Aşta, Dünyaları udan, Həyatgətirən
Gücləri Kosmik şüur
Kosmik güc ilə istənilən effekti əldə etmək üçün enerji və maddəni manipulyasiya etmək

2009-cu ildə IGN "Top-100 komiks supercinayətkarı" siyahısında Qalaktusu 5-ci yerdə göstərmişdir.

Personaj bir çox videooyun və televiziya verilişində yer almışdır. 2007-ci il istehsalı "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmində də Qalaktus personajı peyda olmuşdur.

Mündəricat

Nəşrolunma tarixi

Qalaktus "Fantastic Four" komiksinin 49-cu sayının üzlüyündə.

Qalaktus Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 48-ci sayında (mart 1966) görünmüşdür.

Bioqrafiya

Qalaktus əslində Taalı səyahətçi Qalan idi. Taa planeti Böyük partlayışdan öncə də mövcud idi. Naməlum bir kataklizma kainatdakı bütün həyatı məhv etməyə başlayanda Qalan və digər sağ qalanlar Taa planetini tərk edirlər və Böyük çöküşə sürüklənirlər. Buna baxmayaraq, Qalan ölmür, Kainatın şüuru ilə bağlanır, gəmisinin qalıqlarından ibarət olan bir kosmik yumurtada dəyişilməyə başlayır. Böyük partlayışdan qısa müddət sonra Qalaktusa çevrilir. Müşahidəçi Qalaktusunun yaranmasını müşahidə edir və onun dağıdıcı olduğunu görüb öldürməməyə qərar verir. Arxeopiya Qalaktusun sağ qalmaq üçün udduğu ilk planet olur.

Qalaktus udacağı planetləri müəyyənləşdirmək üçün özünə xəbərgətirənlər seçməyə qərar verir. İlk iki cəhdi uğursuz olur, amma Zen-La planetinə yaxınlaşarkən Norrin Raddın təklifini qəbul edir və dünyasını məhv etməmək qarşılığında onu Gümüş sörfçüyə çevirir. Ən axırda Qalaktus Yeri udmağa gəlir, lakin Fantastik dördlük, Uatu və Qalaktusa qarşı gələn Gümüş sörfçünün köməyi ilə dəf edilir və Yeri tərk etməli olur. Qalaktus Gümüş sörfçünü sürgün edir və bir daha Yerə gəlməyəcəyinə and içir.

Güclər və bacarıqlar

Qalaktus kainatın ən qədim və ilk varlığıdır, "kosmosun fiziki, metamarfoz forması" kimi təsvir olunur. Qalaktus sonsuzluq ilə ölüm arasındakı balansı qoruyur. Qalaktusun əsl şəkli dəqiq deyil: kainatda yaşayan hər irq, hər mədəniyyət onu müxtəlif cür görür.

Qalaktus böyük kosmik gücə malikdir. Kosmik şüur, telepatiya, telekinez, enerji şüalandırması, ölçü dəyişdirmək, maddənin tranmutasiyası, teleportasiya, həyat yaratmaq, qalxan formalaşdırmaq, portal açmaq, ruh və yaddaş manipulyasiyası güclərinə malikdir. Qalaktus mövcudluğunu qorumaq üçün həyat olan planetləri udmaq məcburiyyətindədir. Udacağı planetləri müəyyənləşdirmək üçün ora xəbərgətirənlərini göndərir. Xəbərgətirənlər Qalaktusun onlara verdiyi bəzi güclərə malik olurlar. Qalaktus bu gücləri onlardan ala da bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qalaktus sözünün mənası, qalaktus haqqında məlumat. qalaktus nədir? qalaktus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Akaki Şanidze

  • Fevral 27, 2026

    Abxaz-adıq dilləri

  • Fevral 27, 2026

    Balyan ailəsi

  • Fevral 27, 2026

    Kimi Rəykkönen

  • Fevral 27, 2026

    Qopuz

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst