Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il ist

Pul soyğunu

  • Ana Səhifə
  • Vikipediya
  • Pul soyğunu

La casa de papel (azərb. Kağız ev‎ və ya Kağız evi) və ya beynəlxalq adı ilə Money Heist (azərb. Pul soyğunu‎) – Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialı. Serial İspaniyada 2 may 2017-ci ildən 23 noyabr 2017-ci ilə kimi bir mövsüm olmaqla iki hissəli yayımlanmış və 15 seriya davam etmişdir. Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər. 25 dekabr 2017-ci ildə serialın birinci hissəsi - 9 seriyası Netflix tərəfindən 13 seriya şəklində bütün dünyada buraxılmışdır. 2017-ci ilin sonunda Netflix serialın dünya üzrə rəqəmsal yayım hüquqlarını əldə etdi. Serialı 22 bölümdən daha qısa hissəyə bölən Netflix, birinci hissəni 20 dekabr 2017-ci ildə, ikinci hissəsini isə 6 aprel 2018-ci ildə yayımladı. 2018-ci ilin aprel ayında Netflix 16 yeni epizod sifariş edərək serialın büdcəsini əhəmiyyətli dərəcədə artırdı. 8 hissədən ibarət 3-cü hissə 19 iyul 2019-cu il tarixində nəşr edilmişdir. 8 hissədən ibarət 4-cü hissə 3 aprel 2020-ci ildə nəşr olundu. 3 sentyabr 2021-ci ildə Netflix-də serialın 5-ci və son hissəsinin ilk 5 seriyası yayımlandı. 3 dekabr 2021-ci il tarixində serialın 5-ci bölümünün son 5 bölümü yayımlandı və bununla da serial bitdi.

La casa de papel
isp. La casa de papel
Loqonun şəkli
Serialın posteri.
Serialın posteri.
Janr cinayət, dram, triller, soyğun
Yaradıcısı Aleks Pina
Rollarda Ursula Korbero
İtziar İtuno
Alvaro Morte
Pako Tous
Pedro Alonso
Alba Flores
Migel Herran
Xayme Lorente
Ester Asebo
Enrike Arse
Mariya Pedraza
Darko Periç
Kiti Manver
Bəstəkar Manel Santisteban
İvan Martinez Lakamara
Montajçı David Peleqrin
Luiz Migel
Qonzales Bedmar
Veronika Kallon
Raul Mora
Regino Ernandez
Rakel Marrako
Patrisia Rubio
İstehsalçı ölkə İspaniya İspaniya
Studiya Vancouver Media
Atresmedia
Dil ispan
Rəng rəngli
Mövsüm sayı 3 (5 hissə)
Seriya sayı 41 (seriyalar)
Seriya vaxtı

67–77 dəqiqə (Antena 3)

41–57 dəqiqə (Netflix)
Davametmə müddəti 2 may 2017 — 3 dekabr 2021
Telekanal Antena 3
IMDb ID6468322
antena3.com/series/casa-…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məzmun

Professor (isp. El Profesor) ləqəbli sirli bir adam tarixdə ən böyük pul soyğununu həyata keçirməyi planlaşdırır. Bu böyük ambiasiyalı planı həyata keçirmək üçün itirməyə heç nəyi qalmayan, xüsusi qabiliyyətlərə malik 8 nəfəri soyğuna cəlb edir. Məqsəd İspaniya Kral Zərbxanasına basqın təşkil etmək və 2,4 milyard avro pul çap edib aparmaqdır. Bunun üçün onların 11 günə ehtiyacları var. Bu zaman müddətində komanda 67 girov və polislərlə də məşğul olmalıdır.

Rollarda

  • Ursula Korbero —Silene Oliveyra (Tokio)
  • İtziar İtuno — Rakel Muriyo (Lissabon)
  • Alvaro Morte — Serxio Markina (Professor/Salvador "Salva" Martin)
  • Pako Tous — Aqustin Ramos (Moskva)
  • Alba Flores — Aqata Ximenez (Nayrobi)
  • Migel Erran — Anibal Kortes (Rio)
  • Kiti Manver — Marivi Fuentes
  • Enrike Arse — Arturo Roman
  • Mariya Pedraza — Alison Parker
  • Anna Qras — Mersedes
  • Fernando Soto — Anhel
  • Darko Periç — Mirko Dragic (Helsinki)
  • Xuan Fernandes — Polkovnik Alfonso Prieto
  • Xayme Lorente — Daniel Ramos (Denver)
  • Fran Morsilyo — Pablo
  • Ester Asebo Monika Qaztambide (Stokholm)
  • Klara Alvarado — Ariadna
  • Hovik Keuçkerian — Santiaqo Lopez (Boqota)
  • Luka Peroş — Yakov (Marsel)
  • Belen Kuesta — Xulia Martinez (Manila)
  • Fernando Kayo — Polkovnik Luis Tamayo
  • Rodriqo de la Serna — Martin Berrote (Palermo)
  • Nayva Nimri — Alisia Sierra

Seriyalar

Mövsüm Seriya sayı Yayımlanma tarixi
Başlanğıc Bitiş Kanal
1 (1-ci hissə) 9 2 may 2017 27 iyun 2017 Antena 3
1 (2-ci hissə 6 16 oktyabr 2017 23 noyabr 2017 Antena 3
2 (3-cü hissə) 8 19 iyul 2019 19 iyul 2019 Netflix
2 (4-cü hissə) 8 3 aprel 2020 3 aprel 2020 Netflix
3 (5-ci hissə: İlk 5 seriya) 5 3 sentyabr 2021 3 sentyabr 2021 Netflix
3 (5-ci hissə: Son 5 seriya) 5 3 dekabr 2021 3 dekabr 2021 Netflix

Netflix

Netflix serialın yayım hüquqlarını almış və 25 dekabr 2017-ci ildə birinci hissəsini bütün dünyada yayımlamışdır. Ancaq Netflix Spain vasitəsilə hər iki hissə buraxılmışdır. Birinci hissə 70 dəqiqəlik 9 seriyadan ibarət olsa da, Netflix seriyaların vaxtlarını kəsmiş və 13 seriya şəklində buraxmışdır. Hər seriyanın davametmə müddəti 40-50 dəqiqədir.

DVD buraxılışı

Serialın bütün seriyalarını 8 yanvar 2018-ci ildən etibarən İspanca Amazon saytında öncədən sifariş etmək mümkündür.

İndiki

Cənubi Koreya uyğunlaşması

2020-ci ilin noyabr ayında Netflix şounun Cənubi Koreyaya uyğunlaşdırılmasını yaradacağını elan etdi. Money Heist: Korea - Joint Economic Area adlı 12 hissədən ibarət istehsal BH Entertainment və Contents Zium arasında əməkdaşlıq olacaq və rejissor Kim Honq-sun olacaq. Uyğunlaşmanın istehsalı Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

Spin-off seriyası

2021-ci ilin noyabrında Netflix 2023-cü ildə buraxılması planlaşdırılan Berlin adlı spin-off seriyası yaradacağını elan etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pul soyğunu sözünün mənası, pul soyğunu haqqında məlumat. pul soyğunu nədir? pul soyğunu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Allahın Padşahlığı

  • Fevral 27, 2026

    Əl-Kisai

  • Fevral 27, 2026

    Onixoforlar

  • Fevral 27, 2026

    Əl-Məğazi (kitab)

  • Fevral 27, 2026

    Ədədi analiz

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst