Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitir

Baxşəli Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Baxşəli Quliyev

Baxşəli İmamqulu oğlu Quliyev — Fizika-riyaziyyat elmləri doktoru, professor,

Baxşəli Quliyev
azərb. Baxşəli İmamqulu oğlu Quliyev‎
Doğum tarixi 17 iyun 1936 (89 yaş)
Doğum yeri Tovuz rayonu
Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Bərk Cisimlər Fizikası
Elmi dərəcələri Fizika-riyaziyyat elmləri doktoru,
Elmi adı Professor
İş yeri AMEA Fizika İnstitutu
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Ali

Mündəricat

Həyatı

Quliyev Baxşəli İmamqulu oğlu 17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur.1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almış, 1964-1968-ci illərdə Leninqradda Elmlər Akademiyasının Yarımkeçiricilər institutunun aspirantı olmuşdur. 1968-ci ildən Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin assistenti, baş müəllimi, dosenti, professorudur (1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir).1968-1996 illərində Azərbaycan Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. Baxşəli Quliyev Bakı Dövlət Universitetində elmi şura üzvü, Bərk cisimlər fizikası üzrə müdafiə şurasının məsul katibi, 1996-cı ildən Türkiyənin Yüzüncü Yıl Uiversitetində fizika professorudur. 2015-ci ildən AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

  • Elmi əsərlərinin sayı-70
  • Xaricdə dərc olunan əsərlərinin sayı-40
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-20
  • Kadr hazırlığı-3 müdafiə olunmuş fəlsəfə doktoru
  • Elmi-pedaqoji fəaliyyəti-1968-1996 illərində Bakı Dövlət Universitetində, 1996-2014 illərində Türkiyədə nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr.
  • Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis

Əsas elmi nəticələri

Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsi qurulmuşdur. Qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərilmişdir.

Əsas elmi əsərləri

1. Electron transport phenomena in conductive films, Phys.-Stat. Sol. (b) v121, 1984.

2. Non-monotonous behaviour of the Nernst-Ettngshausen effect in conductive films in a strong magnetic field, Sov. Phys.-Stat. Sol. v136, p. 743-748, 1986.

3. The negative magnetoresistance in anisotropy films, Sov. Phys.-Stat. Sol. v29, 1986.

4. Electron-phonon scattering and anisotropy of conductivity in Q2D systems, J. Phys. Condens. Mat. V7, 1995.

5. The Fermi energy and in-plane electron effective mass in semiconductive thin films with non-parabolic energy band, Physica B-Condensed matter v403, 2008.

6. The effect of nanoparabolicity of electron effective mass of size quantized semiconductor films, Modern Phys Lett. B v26 №30, 1250198, 2012.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baxşəli quliyev sözünün mənası, baxşəli quliyev haqqında məlumat. baxşəli quliyev nədir? baxşəli quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Statistik mexanika

  • Fevral 24, 2026

    Aristotel

  • Fevral 27, 2026

    Gil adası

  • Fevral 27, 2026

    Senzura

  • Fevral 25, 2026

    100.5 FM

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst