Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı

Yana Batırşina

  • Ana Səhifə
  • Vikipediya
  • Yana Batırşina

Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.

Yana Batırşina
rus. Яна Батыршина
Şəxsi məlumatlar
Tam adı Yanina Fərhad qızı Batırşina
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi 7 oktyabr 1979 (46 yaş)
Doğum yeri Daşkənd, Özbəkistan SSR
Boyu 165 sm
Çəkisi 46 kq
İdman növü Bədii gimnastika
Medallar
Yarışlar 1ci 2ci 3cü
Olimpiya oyunları 0 1 0
Dünya çempionatı 7 2 4
Avropa çempionatı 5 11 4
Ümumi 12 14 8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub.

Atletika Karyerası

Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.

İdman karyerası ərzində 180 medal qazanıb, bu mükafatlar arasında 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarının gümüş mükafatı, dünya çempionatının 7 qızıl medalı, Avropa çempionatının 5 qızıl medalı, habelə daha 40 kubok vardır. 1997-ci ildə "Vətən qarşısında xidmətlərinə görə" ordeninin II dərəcəsi ilə təltif edilib. 1998-ci ildə, 19 yaşı olarkən böyük idmandan getmişdir.

20 yaşında olarkən bədii gimnastika üzrə Braziliya yığmasının baş məşqçisi olub.

İdmandan sonrakı karyerası

2000-ci ildə televiziya karyerasına başlayıb. "16-ya qədər və daha böyük" proqramının aparıcısı olmuşdur. "Stolitsa" kanalında idman buraxılışları xəbərlərini aparmışdır. 2002-ci ildən 2009-cu ilədək "Rossiya" telekanalında — "Xəbər-İdman" və "Xəbər-İdman. Yerli Vaxt. Moskva" informasiya proqramlarının aparıcısı olmuşdur.

"Fort Boyard" (2003), "Xalq artisti" (2004), "İdmanla məşğul ol" (2010) televiziya verilişlərinin, həmçinin "Şöhrət" milli idman mükafatının (2003, 2004, 2006, 2008-ci illərdə) aparıcısı olmuşdur.

2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Soçi-2014 rus evinin aparıcısı olmuşdur. 2013-2016-cı illər ərzində "Karusel" kanalında yayımlanan, məktəblilər üçün intelektual şou olan "Tək hamıya qarşı" verilişinin aparıcısı olmuşdur.

Şəxsi həyatı

2004-cü ildə prodüser, "Parni iz Baku" şən və hazırcavablar klubu komandasının sabiq üzvü Timur Vaynşteyn ilə ailə həyatı qurub. Onların toy mərasimi iki şəhərdə — Moskva və Bakıda baş tutub. Cütlüyün Məryəm və Ayla adında iki qızı və Leonid adlı bir oğulları var.

İctimai fəaliyyəti

2010-cu ilin yayından "Təmiz idman səfirləri" anti-dopinq layihəsinin səfirlərindən biridir.

2017-ci ilin dekabrında Rusiyanın hazırkı prezidentinin siyasətini dəstəkləyən — Putin Team komandasının sıralarına qoşulub.

2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının səfiri olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yana batırşina sözünün mənası, yana batırşina haqqında məlumat. yana batırşina nədir? yana batırşina nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hammurapi

  • Mart 01, 2026

    Impatiens

  • Mart 02, 2026

    Şirinbəyli

  • Fevral 27, 2026

    Orsini ailəsi

  • Mart 06, 2026

    Sofulu (Ağdam)

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst