Viti-Levu (ing. Viti Levu) — Viti-Levu adalarının ən iri adasıdır. Viti Levu dillərində «Böyük ada» mənasini bildirir. Viti sözü sonradan dəyişilmiş formada Fici olmuşdur.
| Viti-Levu | |
|---|---|
| ing. Viti Levu, | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 10388 km² |
| Uzunluğu |
|
| Hündür nöqtəsi | 1324 m |
| Əhalisi | 580.000 nəfər (1996-cı il) |
| Yerləşməsi | |
| 17°48′00″ c. e. 178°00′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Arxipelaq | |
| Akvatoriya |
|
![]() Viti-Levu | |
Coğrafiyası

Adanın sahəsi 10 338 km² təşkil edir. Şərqdən qərbə uzunluğu 146 km, şimaldan cənuba 106 km təşkil edir. Ölçülərinə görə Okeaniyada ölçüsünə görə 6 adadır. Ən yaxın materik Avstraliyadır (2700 km). Adanın şimalında Blaya dənizi yerləşir. Vanua-Levu adası digər adalardan Latu-i-ra və Kandavu boğazları ilə ayrılır. Adadan şimal-şərqdə Yasava adaları yerləşir.
Ada vulkan və materik məşəllidir. Adanın ən hündür nöqtəsi Тоmaniivi dağıdır (1324 m).
Ada Subekvatorial iqlimə malkdir. Orta illik temperatur 24 — 29°S, yağıntının miqdarı isə 2000–3000 mm təşkil edir. İl boyu eyni iqlim olsa da qışda nisbətən quraq keçir. Burada adanın iqlimi rəngarəngdir. Manqrov meşələrinə rast gəlinir.
Əhalisi
Adada Ficinin paytaxtı olan Suva şəhəri yerləşir. Burada ölkənin sahəsinə görə ikinci şəhəri olan Nandi şəhəri yerləşir.
Viti-Levu adasında böyük Hindistanlı diaspra mövcuddur.
İnzibati bölgü
Adada Ficinin 13 vilayətindən 8-i yerləşir. Adada yerləşən Mba, Nadroqa-Navosa və Ra vilayətləri Qərb dairəsinə, Naitasiri, Namosi, Reva, Serua və Tailevu vilayətləri isə Mərkəzi dairəyə daxildir. Adanın qərb hissəsi şəkər qamışı, şərqində isə südçülük istiqamətli maldarlıq inkişaf etmişdir.
Ədəbiyyat
- Coğrafi ensiklopedik lüğət, М.: «Sovet ensiklopediyası», 1986
- Федеративная служба геодезии и картографии России, Атлас мира, М., 1999.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, viti-levu sözünün mənası, viti-levu haqqında məlumat. viti-levu nədir? viti-levu nə deməkdir?