Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[…], Roma, İtaliya krallığı – 6 iyul 2020[…], Roma, İtaliya) — dünya şöhrətli italyan bəstəkarı, aranjimançı

Ennio Morrikone

  • Ana Səhifə
  • Vikipediya
  • Ennio Morrikone

Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[…], Roma, İtaliya krallığı – 6 iyul 2020[…], Roma, İtaliya) — dünya şöhrətli italyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin "Oskar mükafatı" laureatı olmuşdur. Bundan başqa bəstəkar 1 dəfə Qremmi mükafatı, 6 dəfə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatı (BAFTA), 3 dəfə də "Qızıl qlobus mükafatı" almışdır. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı.

Ennio Morrikone
it. Ennio Morricone
Ümumi məlumatlar
Ləqəbləri Dan Savio, Leo Nichols
Doğum tarixi 10 noyabr 1928(1928-11-10)[…]
Doğum yeri
  • Roma, İtaliya krallığı
Vəfat tarixi 6 iyul 2020(2020-07-06)[…] (91 yaşında)
Vəfat yeri
  • Roma, İtaliya
Vəfat səbəbi Bud sümüyünün sınıqları
Uşaqları 4 (Andrea Morricone, Giovanni Morricone daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pianoçu, film bəstəkarı, aranjimançı[d], bəstəkar, truba ifaçısı[d], musiqi prodüseri, musiqiçi, orkestrator[d]
Fəaliyyət illəri 1946–2020
Janr film musiqisi[d]
Musiqi alətləri piano, truba
Albom şirkəti Virgin Records
Təhsili
  • Müqəddəs Çeçiliya Milli Akademiyası[d]
Mükafatları Gold Medal of the Italian Order of Merit for Culture and Art — 2000 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 2009 4-cü dərəcəli "Doğan günəş" ordeni "İtaliya Respublikası qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 2017
Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı — 2016 "Qremmi" mükafatı
İmzanın şəkli
enniomorricone.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur. Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olduqda, Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdur. Bu konservatoriyada o ümumilikdə 11 il təhsil almış və 3 diploma yiyələnmişdir — 1946-cı ildə truba sinfi üzrə,1952-ci ildə orkestr(fanfar) sinfi üzrə və 1953-cü ildə isə kompozisiya sinfi üzrə. Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci turba yerini aldı. Ennio ansambl ilə birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edirdi. Bir il sonra Morrikone teatra düzəlir. Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərir. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjıman etməyə başladı. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul olur, lakin 1960-cı ildə teleşoular üçün musiqi aranjıman etməyə başlayır.

Filmlərə musiqi yazmağa Morrikone 1961-ci ildən, yəni 33 yaşı olanda başlayır. Daha çox tanınması keçmiş sinif yoldaşı, rejissor Sercio Leonun filmləri üzərində işlərindən sonra başladı. Rejissor və bəstəkarın Leon — Morrikone iş birliyini çox vaxt Eyzenşteyn-Prokofyev, Xiçkok-Xerrmann, Miyadzaki-Dzyo Xisaisi və Fellini-Rota kimi tanınmış duetlərlə müqayisə edirlər. Sonralar Morrikone musiqisini Bernardo Bertoluççi, Pyer Paolo Pazolini, Dario Ardcento və bir çoxları öz filmleri üçün sifariş etməyi arzuladılar. 1964-cü ildən Morrikone "RSA" səsyazma kompaniyasında işlədi. Burada o Canni Morandi, Mario Lanza, Miranda Martino kimi məşhur musiqiçilər üçün yüzlərlə mahnı aranjıman etdi.

Avropada məşhurlaşan Morrikone hollivud kinematoqrafiyasına işə dəvət olundu. ABŞ-də Morrikone tanınmış rejissorlar Con Burmen, Volfqanq Petersen, Barri Levinson, Terrens Malik, Roman Polanski, Oliver Stoun, Brayan De Palma, Mayk Nikols, Con Karpenter və başqalarının filmlərinə musiqi yazdı.

Ennio Morrikone və onun dostu və sevimli trubaçı əməkdaşı Mauro Maur — Forum Studios

Ailəsi

Ennio Morrikone ailəlidir dörd övladı var:

  • Andrea — dirijor, bəstəkar;
  • Marko — müəllif hüquqları cəmiyyətində işləyir;
  • Alessandro — cərrah;
  • Covanni — Universal kompaniyasında işləyir.

Filmoqrafiya

  1. Dekameron (film, 1971) / Il Decamerone
  2. Yeni kinoteatr "Paradiso" (film, 1988) / Nuovo Cinema Paradiso
  3. 1900-ün əfsanəsi (film, 1998) / La leggenda del pianista sull’oceano
  4. Malena (film, 2000) / Malèna
  5. Şərəfsiz əclaflar (film, 2009) / Inglourious Basterds

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ennio morrikone sözünün mənası, ennio morrikone haqqında məlumat. ennio morrikone nədir? ennio morrikone nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Türkeş nekropolu

  • Fevral 27, 2026

    Qırtıcçiçəklilər

  • Fevral 27, 2026

    Samur-Dəvəçi ovalığı

  • Fevral 27, 2026

    Araz Dadaşzadə

  • Fevral 27, 2026

    Qövr vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst