Samur-Dəvəçi ovalığı — Azərbaycanın şimal hissəsində yerləşən ovalıq.
| Samur-Dəvəçi ovalığı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Mütləq hündürlüyü | 9 m |
| Yerləşməsi | |
| 41°12′08″ şm. e. 48°59′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayonlar | Xaçmaz, Şabran, Xızı, Siyəzən |
![]() Samur-Dəvəçi ovalığı | |
Ümumi məlumat
Samur-Dəvəçi ovalığı Böyük Qafqaz ilə Xəzər dənizi arasındakı məkanı əhatə edir. Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıtçay arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.
Həmçinin bax
- Kür-Araz ovalığı
- Samur-Şabran fiziki-coğrafi rayonu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samur-Dəvəçi ovalığı haqqında məlumat. Samur-Dəvəçi ovalığı nədir? Samur-Dəvəçi ovalığı nə deməkdir?
