Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı.

Elçin Atakişiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Atakişiyev

Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı.

Elçin Atakişiyev
Elçin Arif oğlu Atakişiyev
Təxəllüsləri Şair, Meyxananın Kralı
Doğum tarixi 31 oktyabr 1968
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 fevral 1994 (25 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti meyxanaçı, şair

Həyatı

Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərirdi. O,1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra isə hərbi xidmətə yollandı.Onun iki qardaşı var: Faiq və Şahin. Şahin zərb alətləri ifaçısı idi. Qardaşı Elçinlə birlikdə el şənliklərinə gedib, onu müşayiət edirdi.

Elçin kitab oxuyub, savad artırmağı çox sevirdi. Gecələri qaranlıq otaqda, şam işığında oturub kitab oxuyardı. Şeir,qəzəl yazardı. Elçin el şənliklərinə tez-tez dəvət olunduğu üçün insan adlarının mənasını kitablardan öyrənərdi. Qardaşı Şahin ondan soruşanda ki, "Bunlara niyə vaxt ayırırsan?"— Elçin cavab olaraq: "Çünki mən meyxanaçıyam, məndən istənilən insan dediyim sözün və çəkdiyim adların mənasını soruşa bilər" — deyərək cavab vermişdi.

Elçin həm də ədəbiyyata çox nəzər salardı, meyxana sənətinin sirlərini kəşf edərdi. O, bir çox şeir-qəzəl və mahnıların müəllifi olub. Bu gün də Elçinin mahnılarını müğənnilər, qəzəllərini isə xanəndələr sevə-sevə ifa edirlər.

Onun könül oxşayan avazlı səsi var idi. Meyxana meydanındakı bir-birindən mənalı ifaları Elçinin qısa zaman ərzində şöhrət qazanmasına səbəb oldu. Azərbaycanın müxtəlif bölgələrinə dəvət alaraq, xalqın ürəyinə yol tapdı.

1992-ci ildə Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilinin rəhbərliyi ilə keçirilən Respublika Meyxana Müsabiqəsində Elçin öz istedadı və mənalı meyxanaları ilə birinci yerin qalibi olur. Buna görə də Elçinə rəsmi olaraq pul mükafatı təqdim olunur.

Elçinin ən çox tanınıb-şöhrət əldə etdiyi illər 1990–1994-cü illər olmuşdur. O dövrdə gənc olmasına baxmayaraq, Elçin dövrünün ən çox sevilən meyxana ustadlarından biri idi. O, Ağasəlim Çıldağ, Molla Məmməd, Nizami Rəmzi, Bayram Kürdəxanılı, Kərim, Ağamirzə, Məşədibaba, Namiq Məna, Vüqar Əbdülov və digər meyxana ustadları ilə birlikdə el şənliklərində, televiziya-radio efirlərində və konsertlərdə meyxanalar demişdir.

Yaşadığı Maştağa kəndində onu "Şair" deyərək çağırırdılar. Elçin meyxana sənətinin sütunlarından biri sayılırdı.

Ölümü

11 fevral 1994-cü ildə yaxın dostu Məşədibaba ilə aralarında baş vermiş mübahisə zamanı, Məşədibaba onu bıçaqla yüngül yaralamışdı. O, xəstəxanaya gec çatdırıldığı üçün, normadan artıq qan itirərək vəfat etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elçin atakişiyev sözünün mənası, elçin atakişiyev haqqında məlumat. elçin atakişiyev nədir? elçin atakişiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    PubMed Central

  • Fevral 27, 2026

    Apraksiya

  • Mart 03, 2026

    Quryevsk sıyığı

  • Mart 01, 2026

    Ardahan ili

  • Mart 03, 2026

    Müqəddəs Nino

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst