Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri.
| Naim Talu | |
|---|---|
| türk. Mehmet Naim Talu | |
Türkiyə Respublikasının Baş naziri | |
| 15 aprel 1973 – 26 yanvar 1974 | |
| Prezident | Fəxri Qorutürk |
| Əvvəlki | Fərid Sədi Mələn |
| Sonrakı | Bülənd Ecevit |
Türkiyə Ticarət Naziri | |
| 11 dekabr 1971 – 15 aprel 1973 | |
| Baş nazir | Fərid Sədi Mələn |
| Əvvəlki | İsmayıl Həmid Özər Dərbil (Xarici İqtisadi Əlaqələr Naziri kimi) |
| Sonrakı | Əhməd Türkəl |
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri | |
| 4 iyul 1967 – 11 dekabr 1971 | |
| Əvvəlki | Ziya Kayla |
| Sonrakı | Yusif Yetkin |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | İstanbul, Osmanlı İmperatorluğu |
| Vəfat tarixi | |
| Vəfat yeri | İstanbul,Türkiyə |
| Dəfn yeri | |
| Təhsili | İstanbul Universitetinin İqtisadiyyat Fakültəsi, Kabataş Erkek Lisesi |
| Fəaliyyəti | iqtisadçı, siyasətçi, bankir, dövlət xadimi |
| Atası | Mehmet Nizamettin |
| Həyat yoldaşı | Gevher Talu |
| Uşaqları | Tülin, Füsun |
Həyatı
Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib. Melen Hökuməti geri çəkildikdə isə, Cümhuriyyət Güvən Partiyası və Ədalət Partiyasının ortaq namizədi olaraq Türkiyənin 36-cı Hökumətini qurub.
O, 1973-cü ilin seçkiləri nəticəsində heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi üçün 1974-cü ilin fevralına qədər hakimiyyətdə qalıb. Bundan əlavə Bülənd Ecevitin sədrliyi ilə Cümhuriyyət Xalq Partiyası ilə Milli Qurtuluş Partiyası koalisiyası qurulduqdan sonra vəzifəsini Bülənd Ecevitə təhvil verib. 1976-cı ildə isə Kvota Senatorluğu başa çatıb.
Şəxsi həyatı
Naim Talu 15 may 1998-ci ildə İstanbulda vəfat edib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.
O,ingilis dilini bilirdi. Naim Talu evli olub, iki övlad var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, naim talu sözünün mənası, naim talu haqqında məlumat. naim talu nədir? naim talu nə deməkdir?