Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqti

Jan Tirol

  • Ana Səhifə
  • Vikipediya
  • Jan Tirol

Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Jan Tirol
fr. Jean Tirole
Jan Tirol, 2007-ci il
Jan Tirol, 2007-ci il
Doğum tarixi 9 avqust 1953 (72 yaş)
Doğum yeri Fransa Fransa
Vətəndaşlığı Fransa Fransa
Elm sahələri Mikroiqtisadiyyat
Oyunlar nəzəriyyəsi
Sənayenin təşkili
Elmi dərəcələri
  • fəlsəfə doktoru (1981)
İş yerləri
  • Fransa Politexnik Məktəbi,
  • Massaçusets Texnologiya İnstitutu
Təhsili
  • Fransa Politexnik Məktəbi,
  • Paris-Dofin Universiteti (–1978),
  • Massaçusets Texnologiya İnstitutu (–1981),
  • Paris Yol və Körpü Milli Məktəbi
Elmi rəhbəri Erik Meskin
Tanınır Rasional olmayan aktivlik
Kesi-Şiller indeksi
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (2015),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Əxlaqi və Siyasi Elmlər Akademiyası[d],
  • Ekonometrik Cəmiyyət (1986)
Mükafatları Nobel mükafatı 2014 İqtisadiyyat üzrə Nobel mükafatı
İmza
idei.fr/vitae.php?i=3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur.

Mündəricat

Təhsili

Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.

İşlədiyi yerlər

1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir. 1994-1996-cı illərdə Politexnik məktəbində (fr. École Polytechnique) iqtisad professoru olaraq çalışmışdır. Jan Jak Laffont ilə birlikdə Tuluzada yeni bir "İqtisad məktəbi" qurma layihəsi üzərində birlikdə işlər görmüş və bu yeni Tuluza İqtisad məktəbini qurmuşdur.

1992-ci ildən günümüzə qədər Tuluza Universitetində çalışır. 1995-ci ildə Ekonometrika Cəmiyyətinə, 2002-ci ildə isə Avropa İqtisadiyyat Cəmiyyətinə sədrlik etmişdir. O, həmçinin Fransa Baş Nazirliyi İqtisadi Analiz Şurasının üzvüdür.

Əsərləri

  • 1986: Dynamic Models of Oligopoly (with D. Fudenberg).
  • 1988: The Theory of Industrial Organization, MIT Press. Description and chapter-preview links.
  • 1991: Game Theory (with D. Fudenberg), MIT Press.
  • 1991: A Theory of Incentives in Regulation and Procurement (with J.J. Laffont), MIT Press,1993. Description & chapter- preview links.
  • 1994: The Prudential Regulation of Banks (with M.Dewatripont), MIT Press.
  • 1999: Competition in Telecommunications, MIT Press.
  • 2002: Financial Crises, Liquidity and the International Monetary System, Princeton University Press.
  • 2005: The Theory of Corporate Finance, Princeton University Press,. Description. Association of American Publishers 2006 Award for Excellence.
  • 2010: Balancing the Banks (with Mathias Dewatripont and Jean-Charles Rochet), Princeton University Press, 2010.
  • 2011: Inside and Outside Liquidity (with Bengt Holmström), MIT Press, 2011.

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jan tirol sözünün mənası, jan tirol haqqında məlumat. jan tirol nədir? jan tirol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Osmanlı ordusu

  • Mart 06, 2026

    Qol güləşi

  • Mart 01, 2026

    1008-ci il

  • Fevral 27, 2026

    Heyran

  • Fevral 27, 2026

    Kalsium

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst