Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat

Merton Miller

  • Ana Səhifə
  • Vikipediya
  • Merton Miller

Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Merton Miller
ing. Merton Howard Miller
Doğum tarixi 16 may 1923
Doğum yeri Boston, Massaçusets ABŞ ABŞ
Vəfat tarixi 3 iyun 2000 (77 yaşında)
Vəfat yeri Çikaqo, İllinoys ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
İş yerləri Karnegi Mellon Universiteti, Çikaqo Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Cons Hopkins Universiteti
Elmi rəhbəri Frits Maçlub
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1975)
Mükafatları Nobel mükafatı 1990 İqtisadiyyat üzrə Nobel mükafatı

Mündəricat

Həyatı

Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. İkinci Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi.

Karyerası

Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar. Bunlar olarsa borc nisbəti azalacaqdır.

Miller 8 kitabın müəllifidir. 1975-ci ildə Ekonometrika Cəmiyyətinə üzv olmuş və 1976-cı ildə isə Amerikan Maliyyə Birliyinin sədri olmuşdur. 1961-ci ildən 1993-cü ildəki təqaüdə çıxdığı dövrə qədər Çikaqo Universiteti Müəssisə Fakültəsində (ing. University of Chicago Graduate School of Business) işləmişdi. O, həm də təqaüdə çıxandan sonra da uzun müddət burada dərk keçməyə davam etmişdi.

Şəxsi həyatı

Merton Miller ilk həyat yoldaşı ölən Elenor Millerlə üç övlad sahibi olmuşdu: Pamela (1952), Merqot (1955) və Lusi (1958). Həyat yoldaşı vəfat etdikdən sonra isə Katerina Millerlə evlənmişdi.

Əsərləri

  • 1972 - Merton Miller, Fema və F.Eucin. Maliyyə nəzəriyyəsi. Nyu York: Holt, Raynhart & Vinston. ISBN 0-03-086732-0. (İngiliscə).
  • 1980 - Merton Mİller, R.H.Koas, Kessel və A.Reben. Tətbiqi qiymət nəzəriyyəsi üzrə esselər. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-43200-9. (İngiliscə).
  • 1986 - Merton Miller və Çarlz Upton. Makroiqtisadiyyat: Neoklassik giriş. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-52623-2. (İngiliscə).
  • 1991 - Merton Miller. Merton Millerin davamçıları. Nyu York: Con Uiley & Sons. ISBN 0-471-18340-7. (İngiliscə).
  • 1991 - Merton Miller. Maliyyə innovasiyaları və bazar dəyişkənliyi. Kembric, MA: Blekvil nəşriyyat. SBN 1-55786-252-4. (İngiliscə).

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, merton miller sözünün mənası, merton miller haqqında məlumat. merton miller nədir? merton miller nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pravda (qəzet)

  • Fevral 27, 2026

    Dərbənd şəhəri

  • Fevral 25, 2026

    Kimyəvi reaksiya

  • Fevral 27, 2026

    Saatlı məhəlləsi

  • Mart 05, 2026

    500-cü il

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst