Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəhrəmannamə — mifoloji-tarixi qəhrəmanlıq dastanı. XVII əsrə aid, azərbaycandilli versiyası katib Molla Kəlbiələddin İrəvani tərəfindən köçürülmüşdür, Firdovsi

Qəhrəmannamə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəhrəmannamə

Qəhrəmannamə — mifoloji-tarixi qəhrəmanlıq dastanı. XVII əsrə aid, azərbaycandilli versiyası katib Molla Kəlbiələddin İrəvani tərəfindən köçürülmüşdür, Firdovsinin "Şahnamə"sindəki hökmdarlar və bu dövrün savaşları təsvir edilmişdir.

Yeddi başlı əjdaha və cadugər
Sehrli at

Mündəricat

Tarixi və xüsusiyyətləri

B-1506 əlyazması

"Qəhrəmannamə" əsəri Katib Molla Kəlbiələddin İrəvaninin xətti ilə köçürülmüşdür. Katibin soyadı əsərin İrəvanda köçürüldüyünü deməyə imkan verir. Əlyazmanın cildi vərəqlərdən balacadır və blokdan qopmuşdur. Bu, onu deməyə imkan verir ki, əlyazma cildi qoparılaraq başqa cildlə əvəz edilib. Əlyazma kitablarında gözəl cildlərin qoparılmasına rast gəlinir. Əsər 1695-ci ildə köçürülmüşdür, əlyazma nömrəsi B-1506-dır. Əsər maili yazılmış bu sözlərlə bitir:

Bunu yazdım yadigar olmaqçün,
Oxuyanlar bir dua qılmaqçün.
Təmam oldu əlhəmdüllah bu dastan,
Sanasan tazə güldür gülüstan.

Dastan qədim Azərbaycan və İran-Turan əfsanələri haqqındadır. B-1506 nömrəli nüsxə dastanın AMEA Əlyazmalar İnstitutundakı ən qədim nüsxəsidir. Ş. Cəmşidova görə dastanın Daşkənd və London nüsxələri də mövcuddur. Əsərin əsas qəhrəmanı "Qəhrəman" adlanır. Dastanın məzmunu İslamdan əvvəlki dövrə aiddir, tarixi-mifoloji xarakter daşıyır. Əsərdə qədim dövr, Firdovsinin "Şahnamə"sindəki hökmdarlar və bu dövrün savaşları təsvir edilir.

Müasir əlifba ilə çapı və öyrənilməsi

Dastanın nüsxəsi ilə ilk dəfə Şamil Cəmşidov tanış olmuş, 1984-cü ildə "Bakı" qəzetində "Qəhrəmannamə dastanı" adlı məqalə yazmışdır. 2023-cü ildə "Qəhrəmannamə" əsəri kitab halında, ərəb qrafikasından müasir Azərbaycan əlifbasına transfoneliterasiya edilərək çap edilmişdir. Əsərin təhlili, məzmunu və fotofaksimilesinə kitabda yer verilmişdir. Kitab "Kitabi-Dədə Qorqud" dastanını və "Qəhrəmannamə"ni tədqiq etmiş Şamil Cəmşidovun xatirəsinə ithaf olunmuşdur. Kitabın müəllifi Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Aybəniz Rəhimovadır.

Ədəbiyyat

  • Əli Məmmədbağıroğlu. XVII əsr Azərbaycan əlyazma kitabı (paleoqrafiya və mətnşünaslıq məsələləri). Bakı: "Elm və təhsil", 2018, 204 səh

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qəhrəmannamə sözünün mənası, qəhrəmannamə haqqında məlumat. qəhrəmannamə nədir? qəhrəmannamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ramhörmüz

  • Fevral 27, 2026

    Asif İmaməliyev

  • Mart 07, 2026

    Limpopo çayı

  • Fevral 27, 2026

    Maya Anjelu

  • Fevral 27, 2026

    Nüsrət Kəsəmənli

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst