Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1945, Qıraq Kəsəmən, Ağstafa rayonu – 15 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazı

Nüsrət Kəsəmənli

  • Ana Səhifə
  • Vikipediya
  • Nüsrət Kəsəmənli

Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1945, Qıraq Kəsəmən, Ağstafa rayonu – 15 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).

Nüsrət Kəsəmənli
Doğum tarixi 29 dekabr 1945(1945-12-29)
Doğum yeri
  • Qıraq Kəsəmən, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 oktyabr 2003(2003-10-15) (57 yaşında)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Uşaqları Rəşad Kəsəmənli
Araz Kəsəmənli
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Bakı Dövlət Universiteti
Fəaliyyəti şair
publisist
Mükafatları Azərbaycan LKGİ mükafatı — 19821982

Mündəricat

Həyatı

Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978–1985).

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981–1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.

Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

Yaradıcılığı

Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.

Əsərləri

1. Sevirsənsə, B., 1971;
2. Gözlərimin qarası, B., 1975;
3. Özümə bənzədiyim günlər, 1979;
4. Gümüş yuxular, B., 1981;
5. Təklikdə danışaq, B., 1983.

Məşhur şeirləri

  • Daha nağıllara inanmıram mən
  • Biri vardı, biri yox…
  • Səni unutsam…
  • Vətən alov etsin odunu sənin
  • Mənsiz qalacaqdır bu dünya bir gün
  • Oğru olmaq istəyirəm
  • Ağacın altında kölgə
  • Qoyunlar yeyəcək canavarları…
  • Məhəbbətdən küsəndə
  • Yoxdusa
  • Mənim o ağaca yazığım gəlir…
  • Mənə inanmırsan bir yuxu kimi
  • İnanma əzizim, inan əzizim

Filmoqrafiya

  1. Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
  2. Azərbaycana səyahət (film, 1988)
  3. Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
  4. Doğma sahillər (film, 1989)
  5. Dünyada yeganə (film, 1989)
  6. Əmbizlərin keşiyində (film, 1988)
  7. Goranboy – oğuz eli (film, 1989)
  8. Kəndlərin harayı (film, 1987)
  9. Qurultaydan qurultaya (film, 1985)
  10. Lətifə (film, 1989)
  11. Monoloq (film, 1987)
  12. Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
  13. "Neftçi"-87 (film, 1987)
  14. Şerəli və Aybərçin (film, 1989)
  15. Şeytan göz qabağında (film, 1987)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nüsrət Kəsəmənli haqqında məlumat. Nüsrət Kəsəmənli nədir? Nüsrət Kəsəmənli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Fevral

  • Fevral 23, 2026

    Akkad

  • Fevral 26, 2026

    Bəcirəvan (Bərdə)

  • Fevral 27, 2026

    E.ə. 276

  • Fevral 26, 2026

    Qlükoza

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst