Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı.
| Ella Leya | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | XX əsr |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Müğənni Bəstəkar Söz yazarı Yazıçı |
| Fəaliyyət illəri | 1998 - h.h. |
| Janrlar | Caz Dünya musiqisi Pop Klassik |
| Musiqi alətləri | vokal piano |
| Albom şirkəti | B-Elite Music |
| Əlaqələri | Farid Haque, Canina Qavankar, Adam Del Monte |
| ellaleya.com | |
Həyatı
Fəaliyyəti
"Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir.
Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır.
2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.
Sənətçinin əsərləri "Ouşenin 12 dostu", "PU-239", "Samantha Who", "Dirty Sexy Money" və "My Sassy Girl" filmlərində səslənib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ella leya sözünün mənası, ella leya haqqında məlumat. ella leya nədir? ella leya nə deməkdir?
