Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artist

Ehtiram Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Ehtiram Hüseynov

Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017).

Ehtiram Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi 18 oktyabr 1980 (45 yaş)
Doğum yeri Hacısamlı, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20172017 "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adı — 20152015

Mündəricat

Həyatı

Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.

1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib.

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.

2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Mükafatları

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə tanınmış muğam ifaçısı Ehtiram Bahadur oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i fəxri adı ilə təltif olunub.

Prezident İlham Əliyevin 20 dekabr 2017-ci il sərəncamı ilə "Muğam televiziya müsabiqəsi"nin laureatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, tanınmış xanəndə Ehtiram Bahadur oğlu Hüseynov muğam sənətinin inkişafındakı xidmətinə görə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ehtiram hüseynov sözünün mənası, ehtiram hüseynov haqqında məlumat. ehtiram hüseynov nədir? ehtiram hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stres

  • Fevral 27, 2026

    İtaliya Respublikası

  • Fevral 27, 2026

    Ağdaş

  • Mart 06, 2026

    Smirna aqorası

  • Fevral 24, 2026

    Mədəniyyət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst