Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

New Game! (ニューゲーム, Nyu Qemu?, hərfi tərcümədə"}]]}'>hərf. "Yeni oyun!") — Şotaro Tokuno tərəfindən yazılmış və illüstrasiya olunmuş yonkoma manqa seriyası. 2013

New Game!

  • Ana Səhifə
  • Vikipediya
  • New Game!

New Game! (ニューゲーム, Nyu Qemu?, hərf. "Yeni oyun!") — Şotaro Tokuno tərəfindən yazılmış və illüstrasiya olunmuş yonkoma manqa seriyası. 2013-cü ilin yanvarından 2021-ci ilin avqustuna qədər "Houbunsha" nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında serializasiya olunmuşdur. 4 iyul 2016-cı ildən 26 sentyabr 2017-ci ilə kimi "Doga Kobo" tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 2017-ci ilin yanvarında "5pb." tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır.

New Game!
Birinci tankobon cildinin üzlüyü. Personaj: Aoba Suzukaze.
ニューゲーム
(Nyu Qemu)
Janr komediya
Manqa
ManqakaŞotaro Tokuno
NəşriyyatHoubunsha
JurnalManga Time Kirara Carat
Nəşr tarixi28 yanvar 2013 – 27 avqust 2021
Cildlər13 (cild siyahısı)
Anime serialı
RejissorYoşiyuki Fucivara
SsenaristFumihiko Şimo
BəstəkarHacime Hyakkoku
StudiyaDoga Kobo
LisenziyaCrunchyroll
KanalAT-X, Tokyo MX, TVA, MBS, BS11
Yayım tarixi4 iyul 2016 – 26 sentyabr 2017
Seriyalar24 + 1 OVA (seriya siyahısı)
Əlavə məlumat
Video oyun
New Game! The Challenge Stage
Hazırlayan5pb.
Nəşr edən5pb.
Janrvizual roman
PlatformaPlayStation 4, PlayStation Vita
Buraxılış tarixi26 yanvar 2017
  Anime və manqa portalı

Mündəricat

Məzmun

Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.

Personajlar

Aoba Suzukaze (涼風 青葉, Suzukaze Aoba?)
Səsləndirən: Yuuki Takada
Baş qəhrəmandır və liseydən yenicə məzun olaraq Eagle Jump şirkətinə personaj dizayneri kimi qatılır. Balaca boyuna görə onu tez-tez orta məktəb şagirdi ilə səhv salırlar.
Ko Yaqami (八神 コウ, Yaqami Ko?)
Səsləndirən: Yoko Hikasa
Eagle Jump şirkətinin baş personaj dizayneridir. Vaxtının çoxunu ofisdə keçirir, hətta gecəni şirkətdə keçirir. Bir az sərt qadındır. 25 yaşı var. Aobaya personaj dizayneri olmağa ilham verən oyunun personaj dizayneri o olub.
Rin Toyama (遠山 りん, Toyama Rin?)
Səsləndirən: Ay Kayano
Art direktor və arxa plan bölməsinin başçısıdır. Konun yaxın dostudur və onun da 25 yaşı var.
Hifumi Takimoto (滝本 ひふみ, Takimoto Hifumi?)
Səsləndirən: Mequmi Yamaquçi
Personaj dizayneridir. Başqaları ilə ünsiyyət quranda utanır və e-mail vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. Evində Sociro adlı kirpi saxlayır və kospley olmağı sevdiyini gizlədir.
Yun İycima (飯島 ゆん, İicima Yun?)
Səsləndirən: Ayumi Takeo
Personaj dizayneridir. Bədheybətlərin dizaynı ilə məşğul olur və tez-tez qotik paltarlar geyinir. Özündən kiçik iki ögey bacı-qardaşı var.
Hacime Şinoda (篠田 はじめ, Şinoda Hacime?)
Səsləndirən: Mequmi Toda
Hərəkət dizayneridir. Sentayı çox sevir.
Umiko Ahaqon (阿波根 うみこ, Ahaqon Umiko?)
Səsləndirən: Çitose Morinaqa
Proqramçıdır. Xətaları düzəldəndə əsəbləşir və soyadına görə utanır. Hərbi fanatdır, straykbol oynamağı çox sevir.
Nene Sakura (桜 ねね, Sakura Nene?)
Səsləndirən: Madoka Asahina
Aobanın liseydən yaxın rəfiqəsidir. Hazırda universitetdə təhsil alır. Yayda xəta axtarıcısı kimi Eagle Jump şirkətinə qatılır.
Şizuku Hazuki (葉月 しずく, Hazuki Şizuku?)
Səsləndirən: Eri Kitamura
Oyun direktorudur. Şirin qızlara marağı olduğundan şirkətdə ancaq qızlar işləyir. Mozuku adlı pişiyi var.
Kristina Yamato Vako (大和・クリスティーナ・和子, Yamato Kurisutina Vako?)
Səsləndirən: Kaori Nazuka
Eagle Jump prodüseridir.
Momici Moçizuki (望月 紅葉, Moçizuki Momici?)
Səsləndirən: Arisa Suzuki
Hekayənin ikinci ilində şirkətə qatılan qrafik rəssamdır.
Tsubame Narumi (鳴海 ツバメ, Narumi Tsubame?)
Səsləndirən: Hitomi Ovada
Hekayənin ikinci ilində şirkətə qatılan proqramçıdır.
Hotaru Hoşikava (星川 ほたる, Hoşikava Hotaru?)
Aoba və Nenenin liseydən dostudur. Liseydə incəsənət klubunun üzvü idi. Peşəkar illüstrator olmaq üçün təsviri incəsənət kollecində oxuyur.
Səsləndirən: Manaka İvami
Çinatsu Hidaka (日高 ちなつ, Hidaka Çinatsu?)

Media

Manqa

Şotaro Takuno tərəfindən hazırlanan orijinal manqa 28 yanvar 2013-cü ildən 27 avqust 2021-ci ilə qədər "Houbunsha" nəşriyyatının "Manga Time Kirara Carat" jurnalında nəşr olunmuşdur. Manqa seriyasının 13 tankobon cildi buraxılmışdır. "The Spinoff!" adlı beşinci cild əsas hadisələr üçün prikvel rolunu oynayır və 27 iyul 2016-cı ildə buraxılmışdır.

Cild siyahısı

№Yapon nəşr tarixiYapon ISBN
1 27 fevral 2014978-4-832-24414-6
2 27 mart 2015978-4-8322-4546-4
3 27 yanvar 2016978-4-8322-4656-0
4 27 iyul 2016978-4-8322-4720-8
5 27 iyul 2016978-4-8322-4721-5
6 27 iyun 2016978-4-8322-4847-2
7 27 mart 2018978-4-8322-4929-5
8 25 oktyabr 2018978-4-8322-4986-8
9 27 iyun 2019978-4-8322-7101-2
10 27 yanvar 2020978-4-8322-7153-1
11 27 avqust 2020978-4-8322-7209-5
12 26 mart 2021978-4-8322-7262-0
13 27 sentyabr 2021978-4-8322-7306-1

Anime

4 iyul 2016-cı ildən Yaponiyada 12 seriyalıq anime adaptasiyası yayımlanır. Anime Crunchyroll vasitəsilə də nümayiş etdirilir. Doga Kobo studiyası tərəfindən istehsal olunan animenin rejissoru Yoşiyuki Fucivara, ssenaristi Fumihiko Şimo və personaj dizayneri Ay Kikuçidir. Anime serialının 28 sentyabr 2016-cı ildən 24 fevral 2017-ci ilə kimi buraxılmış 6 Blu-Ray/DVD cildinə OVA seriyası əlavə olunmuşdur. Animenin açılış mahnısı "Sakura Skip" (SAKURAスキップ, Sakura Sukippu?) mahnısı, bağlanış mahnısı isə "Now Loading!!!" mahnısıdır. Hər iki mahnı Fourfolium seyyu qrupu (Yuuki Takada, Mequmi Yamaquçi, Ayumi Takeo və Mequmi Toda) tərəfindən ifa olunur.

"New Game!!" adlı ikinci mövsüm 11 iyul 2017-ci ildən 26 sentyabr 2017-ci ilə qədər yayımlanmışdır. Anime Crunchyroll vasitəsilə də lisenziyalaşdırılmışdır. İkinci mövsümün açılış və bağlanış mahnıları, uyğun olaraq, "Step by Step Up ↑↑↑↑" və "Jumpin' Jump Up!!!!" mahnılarıdır. Hər iki mahnı Fourfolium tərəfindən ifa olunmuşdur.

Videooyun

5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası "New Game!: The Challenge Stage" 26 yanvar 2017-ci ildə PlayStation 4 və PlayStation Vita platformaları üçün buraxılmışdır. Vizual roman baş qəhrəman Aobanın Eagle Jump şirkətinə qatılmasından bir ay sonrasından bəhs edir. Oyunçular Aobanın parametrlərini də yüksəldə bilirlər. Oyunun məhdud nəşrini sifariş edənlər Aoba fiquru və orijinal saundtrek, öncədən sifariş edənlər isə dovşan kostyumu üçün DLC kodu əldə etmişdir.

Seriyanın personajları digər "Manga Time Kirara" personajları ilə birlikdə 2017-ci il istehsalı "Kirara Fantasia" mobil oyununda peyda olmuşdurlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, new game! sözünün mənası, new game! haqqında məlumat. new game! nədir? new game! nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hassium

  • Fevral 27, 2026

    Afrika xalqları

  • Fevral 27, 2026

    E.ə. 1452

  • Fevral 27, 2026

    Silvestr Stallone

  • Fevral 27, 2026

    Britaniya Ordusu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst