Leonard Sasskind (ing. Leonard Susskind; 20 may 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı nəzəri fizik, Stenford Universitetinin nəzəri fizika üzrə professoru və Stenford Nəzəri Fizika İnstitutunun təsisçi direktorudur. Onun elmi-tədqiqat maraqları sim nəzəriyyəsi, kvant sahə nəzəriyyəsi, kvant statistik mexanikası və kvant kosmologiyası sahələrini əhatə edir. O, ABŞ Milli Elmlər Akademiyasının və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, Kanadanın Perimeter Nəzəri Fizika İnstitutunun fakültəsinin assosiativ üzvü, həmçinin Koreya Qabaqcıl Araşdırmalar İnstitutunun fəxri professorudur.
| Leonard Sasskind | |
|---|---|
| ing. Leonard Susskind | |
| |
| Doğum tarixi | 20 may 1940 (85 yaş) |
| Doğum yeri |
|
| Elm sahələri | fizika, Kosmologiya, sim nəzəriyyəsi |
| İş yerləri | |
| Təhsili |
|
| Üzvlüyü |
|
| profiles.stanford.edu/le… | |
Sasskind sim nəzəriyyəsinin banilərindən biri hesab olunur. O, 1995-ci ildə holoqrafik prinsipə dəqiq simli-nəzəri interpretasiya verən, 2003-cü ildə isə "simlər nəzəriyyəsi landşaftı" ideyasını irəli sürən ilk alimdir.
Elmi nailiyyətlərinə görə Sasskind 1998-ci ildə J. J. Sakurai Mükafatına, 2018-ci ildə Oskar Kleyn Medalına, 2023-cü ildə Beynəlxalq Nəzəri Fizika Mərkəzinin Dirak Medalına layiq görülmüşdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, leonard sasskind sözünün mənası, leonard sasskind haqqında məlumat. leonard sasskind nədir? leonard sasskind nə deməkdir?
