Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Yerfi

  • Ana Səhifə
  • Vikipediya
  • Yerfi

Yerfi — Azərbaycan Respublikasının Quba rayonunun Yerfi kənd inzibati ərazi dairəsində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.

Yerfi
41°06′08″ şm. e. 48°28′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 470 (2009) nəfər
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Yerfi xəritədə
Yerfi
Yerfi

Mündəricat

Tarixi

"Yerfi" Maral Rəhmanzadə (1963)

Türkdilli kəndlərin tat kəndlərindən əvvəl məskunlaşdığını nəzərə alsaq, deməli o cümlədən Yerfi kəndində də iki min il əvvəldən yaşayış məskəni olub. Kəndin tarixi ilə əlaqədar yer adlarına, qəbristanlıqlarda kənd sakinlərinin qazıntı apardıqları zaman tapılmış nümunələrə də diqqət yetirmək lazımdır. Kənddə üç yerdə qəbiristanlıq vardır. Sağ və sol tərəflərdə olan qəbiristanlıqların sel suları yuyan yerlərində çoxlu açılmış qəbirlər var. Tamamilə itən qəbirlər də çoxdur. Bu qəbirlərin kimə, yaxud hansı əqrəbaya aid olması bilinmir. Kəndin qədim hesab edilən ərazisi məhəllələrə ayrılmışdır: Musa məhəlləsi, Çuxur məhəllə, Güney məhəllə, Nurəlilər məhəlləsi, Əlməmmədlilər məhəlləsi. Bu bölgü kəndin digər tərəfində yoxdur, evlər də nəsillərə görə deyil, qarışıqdır. O vaxtkı kəndin qurtaracağında Əlməmmədlilər yaşadığı üçündür ki, bu gün kəndin ortasında qalıb itmiş, yerində mağaza tikilmiş, qəbiristanlıq deyilənlərə görə Əliməmmədlilərə aiddir. Kənddə qazıntı-tikinti zamanı məktəb ərazisində iki metr dərinlikdə ocaq və insan sümükləri, başqa bir həyətdə Ⅶ əsrə aid mis pulların tapılması ərazinin tarixi ilə bağlı məlumat verir. Yerfi kəndinin arxasında Kələva baba adlı zirvəyə yaxın bir yerdə qədim tikililər vardır. Bu tikililərin müdafiə xarakteri daşıdığını deyirlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin saytında XI–XII əsrlərə aid yerli əhəmiyyətli müdafiə qüllələri, inventar N4640 kimi göstərilir. Quba xanlığında böyük miqdarda müxtəlif cür silahlar istehsal olunurdu. Xüsusən, Yerfi kəndində qılınc, xəncər və sair hazırlanırdı.

Toponimikası

Yerfi oyk., sadə. Babaçayın sahilində, Yan silsiləsinin (Kələqova dağının) ətəyindədir. Kəndin adının qədim türk dillərindəki yar (yarğan dərə) sözü ilə əlaqədar yaranması ehtimal olunur. Kəndin ərazisində eyniadlı dağ da var. Güman etmək lar ki, dağın adı ərazidəki Tufandağın (Qusar r-nu), Tufan-gölün (Qəbələ, Qusar r-ları), Fiy aşırımının (Oğuz r-nu) adları ilə bağlı olub ifıy avar, "tufan" mənasına uyğundur), "tufan olan yer" mənasındadır.

Mədəniyyəti

Yerfi xalçaları dünyada çoxdan məşhurdur. Bura gələnlər, xüsusilə də əcnəbi qonaqlar yerli xalçaçı ustalar tərəfindən əllə toxunmuş xalçaları həvəslə alırlar. Xalçalar dünyanın bir çox muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Coğrafiyası və iqlimi

  • Quba rayonunun cənubunda, dəniz səviyyəsindən 1500 m. yüksəklikdə, Babadağın (3632 m.) ətəyində yerləşir.

Əhalisi

XVIII əsrdə xanlıqlarası vuruşmalar vaxtı başqa yerlərdən Yerfiyə, eləcə də Yerfidən köçmələr olmuşdur. Ağakişililərin Yerfiyə gəlişi 1735–1740-cı illərə, Günəşlilərin ilk nümayəndəsi Günəşin gəlişi isə 1760-cı illərə düşür. Yerfidən gəlib İsmayıllı rayonunun Culyan və Müdrü kəndlərində məskunlaşanların tarixi isə hələ ki, məlum deyil.

1933-cü il yanvarın 1-dən Azərbaycan SSR Qonaqkənd rayonunun Yerfi kənd sovetliyi yaradılıb. Əhalisi 1100 nəfər (223 təsərrüfat, 556 kişi, 554 qadın) qeydə alınıb. Bütün kənd sovetinin əhalisinin 97,3%-i türklər (azərbaycanlılar) təşkil edib.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 470 nəfər əhali yaşayır.

Tanınmış şəxsləri

  • Cabbar Hacıyev (1950) — Tibb elmləri doktoru, professor.
  • Hacıbaba Abbasov (1931–2001) — Biologiya elmləri doktoru, professor.
  • Hüseynağa Əlixanov (1953) — Ədliyyə general-mayoru.
  • Niyətşah Nemətov (1928–2007) — Əməkdar rabitə işçisi.
  • Rövşən Yerfi (1965) — Yazıçı.
  • Tofiq Nurəli (1953) — Şair.
  • Vaqif Əlixanlı (1943–2024) — Əməkdar mədəniyyət işçisi.
  • Tahir Həsənli (1950) — Araşdırmaçı yazar.

Həmçinin bax

  • Quba rayonu
  • Yerfi dağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yerfi sözünün mənası, yerfi haqqında məlumat. yerfi nədir? yerfi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mehriban Əhmədova

  • Mart 06, 2026

    Canıbəy Gəray

  • Fevral 24, 2026

    Təl-Əviv Universiteti

  • Fevral 24, 2026

    İeratik yazı

  • Fevral 27, 2026

    Şirzad Qəznəvi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst