Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölm

Vaqif Əlixanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Əlixanlı

Vaqif Əlixanlı (tam adı: Əlixanov Vaqif Ənvər oğlu) — Azərbaycan nasiri, dramaturq, tərcüməçi. Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2015–2022), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1972), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019).

Vaqif Əlixanlı
Vaqif Ənvər oğlu Əlixanlı
Doğum adı Vaqif Əlixanov
Doğum tarixi 13 oktyabr 1943
Doğum yeri Yerfi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 oktyabr 2024 (81 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Şəfəq Sultan Əlixanlı
Fəaliyyəti yazıçı
İstiqamət bədii publisistika, dramaturgiya
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 20192019 "Qızıl qələm" mükafatı — 1972

Mündəricat

Həyatı

Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Azərbaycan SSR-nin Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.

Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.

"Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.

Ovaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.

1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın "Xəbərlər", daha sonra isə "Ədəbi-Dram" studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – "Qırxıncı otaq", "Sarı sim", "Nəbz" verilişlərilə tamaşaçı rəğbətini qazanıb.

1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə "Space", ABBA, "Lider", hətta qısa müddət "ANS" TV-də də baş redaktor vəzifəsində çalışıb.

2008-ci ildən indiyəcən "Space" TV-də Dublyaj redaksiyasında baş redaktorudur.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının Baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür.

"Bulaq" verilişinə görə 1972-ci ildə "Qızıl qələm" mükafatı alıb. Dünya ədəbiyyatından tərcümələri, teatr və tele-radio üçün səhnələşdiriləmələri ictimayyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb.

1991-ci ilin yanvarında AzTV-nin "Vətənpərvərlik" ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub.

Daha sonra "Mövlanə" Beynəlxalq müsabiqəsində "Dünyanın Mövlanəsi" pyesi II yeri tutub və əsər Türkiyənin "GÜAM" Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V. Rasputinin "Axır zaman", T. Uilyamsın "İstək tramvayı", A. Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr hoteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının "Əcəl atı" əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun "Qiyamət" ("Plaxa") əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə "Əkmə qəm ağacı" kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib. Ailəlidir, 40 illik ömür yoldaşı Şəfəq Sultan Əlixanlı ilə məhz bu sənət ocağında ailə qurub.

15 oktyabr 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Kitabları

  1. Əkmə qəm ağacı. 2013
  2. Söz və qələm. 2023

Filmoqrafiya

  1. Azərbaycanın memarlıq abidələri (film, 1976)
  2. Babadağ (film, 2006)
  3. Biz qayıdacağıq (film, 2007)
  4. Çölçü (film, 2012)
  5. Dahilərin divanı (veriliş, 2007)
  6. Əlavə təsir (film, 2010)
  7. Güllələnmə təxirə salınır!... (film, 2002)
  8. Günaydın, mələyim! (film, 2008)
  9. Xınalıq etüdləri (film, 1974)
  10. Qoy oturmuşuq (veriliş, 2007)
  11. Şuşa yolu... (film, 2002)
  12. Yüz ilin bir günü (film, 1987)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif əlixanlı sözünün mənası, vaqif əlixanlı haqqında məlumat. vaqif əlixanlı nədir? vaqif əlixanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Henrix Bart

  • Mart 01, 2026

    Vojdizm

  • Mart 06, 2026

    Qaradağ tayfaları

  • Fevral 27, 2026

    İbn Rüşd

  • Fevral 27, 2026

    Kuril-Kamçatka çökəkliyi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst