Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayd

Kanal 35

  • Ana Səhifə
  • Vikipediya
  • Kanal 35

Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı.

"Kanal 35" Televiziyası
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Naxçıvan Muxtar Respublikası
Dil Azərbaycan dili
Yaranma tarixi 14 iyul 2004
Bağlanma tarixi 15 may 2023

Mündəricat

Tarixi

"Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi–texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Ali Məclisin Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci il Fevralı 17-də "Kanal 35" Televiziyası və "Naxçıvanın Səsi" Radiosu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilib. Bununla yanaşı Redaksiyanın nəzdindəki "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosunun efir vaxtı 8 saat, yəni hər gün 16:00-dan gecə saat 12:00-dək müəyyənləşdirilib.

Ali Məclis Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Birləşdirilənə qədər "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərib.

2023-cü ilin fevralında “Kanal 35”in yaradıcı kollektivi bağlanmaq təhlükəsi ilə qarşı–qarşıya olduqlarını açıqlayıblar.

15 may 2023-cü ildə Muxtar Respublika Təhsil Nazirliyinin Televiziya və Radio verilişləri redaksiyası olan “Kanal 35” televiziya kanalı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə keçib.

Həmçinin bax

  • Naxçıvan TV
  • Naxçıvanın səsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kanal 35 sözünün mənası, kanal 35 haqqında məlumat. kanal 35 nədir? kanal 35 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Molodyoj Azerbaydjana

  • Mart 07, 2026

    Ələfsər Məmmədov

  • Mart 06, 2026

    Kondensat

  • Mart 06, 2026

    Zibil

  • Fevral 27, 2026

    Vankuver bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst