Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881, Kutaisi – 11 deka

Mamiya Oraxelaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Mamiya Oraxelaşvili

Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881, Kutaisi – 11 dekabr 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi.

Mamiya Oraxelaşvili
gürc. მამია დიმიტრის ძე ორახელაშვილი
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1881(1881-06-10)
Doğum yeri
  • Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 dekabr 1937(1937-12-11) (56 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • İmperator Tibbi Cərrahiyyə Akademiyası[d],
  • S. M. Kirov adına Hərbi Tibb Akademiyası[d]
Fəaliyyəti siyasətçi, həkim, dövlət rəsmisi
Elmi fəaliyyəti
Elm sahəsi siyasi fəaliyyət[d], bolşevizm, tibb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyat və karyera

Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub.

Rus inqilabı

1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi. Hansı ki, bu, Vladimir Lenin hökuməti tərəfindən Qırmızı Ordunun Gürcüstana hücumu üçün bəhanə kimi istifadə edilmişdir. O, İakov Moiseyeviç Şafirin (1921) "Тайны меньшевистского царства" ("Menşevik Gürcüstanın sirləri") əsərinə müqəddimə yazmışdır.

Sovet Gürcüstanında

Gürcüstanın sovetləşməsindən sonra Oraxelaşvili Gürcüstan Revkomunun sədri və Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. Sonralar Gürcüstan Xalq Komissarları Soveti sədrinin müavini və Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri oldu. 1923–1937-ci illərdə SSRİ Xalq Komissarları Soveti sədrinin müavini və Zaqafqaziya Kommunist Partiyası Komitəsinin birinci katibi vəzifələrində çalışmış və Qafqazda ən nüfuzlu sovet rəsmilərindən biri olmuşdur.

1930-cu ildə Oraxelaşvili Kommunist Partiyasının "Pravda" qəzetinin redaksiya heyətinə daxil olur. 1932-ci ildə Marks-Engels-Lenin İnstitutunun direktor müavini təyin edilmiş, Kommunist Partiyasının tarixinə, Zaqafqaziya və Gürcüstanda bolşevik fəaliyyətinə dair bir neçə əsərin müəllifidir. Onun sözügedən dövrün tarixi təsvirləri hadisələrin Stalinist versiyası ilə xüsusilə üst-üstə düşmürdü.

1937-ci ildə Böyük Təmizləmə zamanı o, həbs edildi, daha sonra isə edam edilib. Onun həyat yoldaşı, Gürcüstan SSR təhsil naziri Məryəm Oraxelaşvili həbsxanada işgəncələrə məruz qalaraq güllələnib. Onların qızı Ketevan QULAQ düşərgəsinə göndərilib və onun əri, görkəmli dirijor Yevgeni Mikeladze işgəncə ilə öldürülüb. Onlar 1955-ci ildə reabilitasiya olunublar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mamiya oraxelaşvili sözünün mənası, mamiya oraxelaşvili haqqında məlumat. mamiya oraxelaşvili nədir? mamiya oraxelaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Accipitriformes

  • Fevral 26, 2026

    Hermes

  • Fevral 27, 2026

    İES

  • Fevral 17, 2026

    Fidel Kastro

  • Fevral 28, 2026

    Chlamydomonadales

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst