Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaradıb. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Sən

Nalbəndlik

  • Ana Səhifə
  • Vikipediya
  • Nalbəndlik

Nalbəndlik — peşə.

Tarixi

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaradıb. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Gəncə şəhəridir. Ən qədim dövrlərdən gəlib çatan sənətlərdən biri də dəmirçilikdir. Qarabağın zəngin dəmir filiz yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayıb. Bu ərazidəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Qarabağlı dəmirçilər qaynaq maddəsi hazırlamaq üçün lazımi ölçüdə kəsilən dəmir parçasını kürədə qızdırıb arasını 1,5–2 sm dərinlikdə yarmaqla "ağız" açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb "suyu alınır" və yumşaq dəmir həddinə salınırdı. Sərtlik xassəsini itirən polad istidöymə yolu ilə yastılanaraq lazımi formaya salınandan sonra qələm vasitəsilə müvafiq ölçüdə kəsilirdi. Poladın qıt olduğu keçmiş dövrlərdə kəsici alətin tiyəsinin "dodaq şığası" çox vaxt yararsız hala düşən alətlərdən düzəldilirdi. Dəmirçi metalı əridərək formaya tökə bilir. Xüsusi formalı qəliblərin köməyilə də metalların emalı mümkündür. Bundan əlavə, dəmirçilər metalları dartmaq, burmaq, döymək, nəqşləmək kimi işləri də görə bilirlər. Əridilən metalları formaya salmaqla hazırlamaq, metallara əl ilə forma verməkdən asan iş sayılır.

Dəmirçi aşağıdakı alətlərlə işləyir:

Böyük çəkicin çəkisi 2–16 kq, əl çəkicləri isə 0,5–2 kq arasında olur.

Horn — Metalı qızdırmaq üçün açıq sobadır.

Zindanlar buynuzsuz, bir buynuzlu və ya iki buynuzlu olurlar. Kəlbətinlər və başqa alətlərdən istifadə olunur.

Dəmirçilik sənətinə, misgərlik sənətini də əlavə etmək olar. Belə ki, bu sənət də keçmişlərin yadigarıdır. Arxeoloji qazıntılar zamanı tapılan qədimi əşyaları bu sənətlə məşğul olan sənətçilər yenidən bərpa edirlər.

Həmçinin bax

  • Azərbaycan mədəniyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nalbəndlik sözünün mənası, nalbəndlik haqqında məlumat. nalbəndlik nədir? nalbəndlik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sekeşfexervar

  • Fevral 27, 2026

    Dəşti-Lüt

  • Fevral 27, 2026

    Bad Bunny

  • Mart 04, 2026

    Akita (it)

  • Fevral 27, 2026

    Anşan (Fars)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst