Qarabağ — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
| Qarabağ | |
|---|---|
| 39°35′16″ şm. e. 47°32′29″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Əhmədbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Nəqliyyat kodu | 19 |
![]() Qarabağ | |
Araz çayının sol sahilində, Mil düzündədir.
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi
Birinci Qarabağ müharibəsi nəticəsində köçkün düşmüş əhalinin Füzuli rayonunun Haramı düzündə yerləşməsi nəticəsində 1990-cı illərdə yaranmış kənddir.
1993-cü ilin dekabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
1998-ci ildən Kənddə tam orta məktəb fəaliyyət göstərir.
Kənddə "Qarabağ Kənd Uşaq Musiqi Məktəbi" 1998-ci ildən fəaliyyət göstərir. Bu Məktəbdə 5 ixtisas üzrə dərslər keçirilir. Məktəbimizi bir çox ixtisaslar üzrə bitirən şagirdlərimizdən texnikum və ali məktəblərə qəbul olunanlar sonradan qayıdıb məktəbimizdə işləyən müəllimlərimizdə var. Məktəbdə hal-hazırda 28 müəllim işləyir. İxtisaslar üzrə 151-şagird təhsil alır.
2012-ci ildə "Xan Şuşinski adına Respublika Muğam festivalı"nda bu musiqi məktəbi uğurla çıxış edərək, mükafatlar alıb.
18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunla Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 759 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qarabağ (füzuli) sözünün mənası, qarabağ (füzuli) haqqında məlumat. qarabağ (füzuli) nədir? qarabağ (füzuli) nə deməkdir?
