Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs.
| Con Taytor | |
|---|---|
| ing. John Titor | |
Taytorun hərbi nişanı | |
| Yaradan | bilinmir |
| Məlumat | |
| Təxəllüslər | TimeTravel_0 |
| Cinsi | kişi |
| Peşə | 2036-cı ildən gəldiyini iddia edən əsgər |
| Milliyyəti | amerikalı |
2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur.
Populyar mədəniyyətdə
- 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur.
- 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir.
- 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir. Vizual romandakı hekayəyə görə zaman maşını icad etmiş SERN təşkilatı (real həyatdakı CERN) 2036-cı ildə dünyaya hökmranlıq etməkdədir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, con taytor sözünün mənası, con taytor haqqında məlumat. con taytor nədir? con taytor nə deməkdir?
