Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum ol

II Fəribürz

  • Ana Səhifə
  • Vikipediya
  • II Fəribürz

II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu.

II Fəribürz ibn II Əfridun
Şirvanşahlar Dövlətinin XXIII hökmdarı
1200 – 1204
ƏvvəlkiŞahənşah ibn Mənuçöhr
SonrakıI Fərruxzad
Şəxsi məlumatlar
Doğum yeri Şamaxı
Vəfat tarixi 1204
Vəfat yeri Şamaxı
Atası II Afridun ibn Mənuçöhr
Dini Sünni İslam

Mündəricat

Fəaliyyəti

Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı. Bu müharibələrdə səlcuqilər və Eldəgəzlərlə mübarizə aparan gürcü hökmdarları da iştirak edirdi. Görünür, Şirvanşahlar bu dövrdə xarici siyasi hadisələrdən və qohumluq münasibətlərində olduqları gürcü hökmdarları ilə ittifaqdan istifadə edərək istər səlcuq sultanlarının, istərsə də Eldəgəzlərin vassalı olmaqdan boyun qaçırırdılar. Ona görə də II Fəribürz ibn II Əfridunun sikkələrində səlcuq sultanının adına rast gəlinmir və Şirvanşahın ləqəb və titulları sadalanır. O, əmisı Şahənşahdan sonra - h.587 (1200/l)-ci ildən 600 (1204)-cü ilədək hökmranlıq etmişdir. Ondan sonra əmisi I Fərruxzad və onun oğlu I Güştasp hakimiyyət sürmüşlər. Şirvanşahlar arasında II Fəribürzün övladlarına rast gəlinmir.

Ailəsi

  • Atası II Afridun ibn Mənuçöhr. Şirvanşah. Öldürülmüşdür.
  • Əmisi I Axsitan. Şirvanşah. Taxta varis qoymadan ölmüşdür.
  • Əmisi Şahənşah ibn Mənuçöhr. Şirvanşah.
  • Əmisi Fəribürz. Atası Mənuçöhrün hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
  • Bibisi Alçiçək Sultan. Atası Mənuçöhrün hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
  • Əmisi Fərruxzad. Xələfi.

Həmçinin bax

  • Kəsranilər
  • Azərbaycan tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ii fəribürz sözünün mənası, ii fəribürz haqqında məlumat. ii fəribürz nədir? ii fəribürz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hörmüz

  • Fevral 27, 2026

    E.ə. 66

  • Fevral 26, 2026

    Sirokko

  • Fevral 27, 2026

    Azərbaycan erməniləri

  • Fevral 27, 2026

    Məşşailik

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst