Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Fərruxzad (Şamaxı – 1204, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

I Fərruxzad

  • Ana Səhifə
  • Vikipediya
  • I Fərruxzad

I Fərruxzad (Şamaxı – 1204, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

I Fərruxzad ibn III Mənuçöhr
Şirvanşahlar Dövlətinin XXIV hökmdarı
Vəzifədədir
1204-cü ildən
    ƏvvəlkiII Fəribürz
    SonrakıI Güştasp
    Şəxsi məlumatlar
    Doğum yeri Şamaxı
    Vəfat tarixi 1204
    Vəfat yeri Şamaxı
    Atası III Böyük Mənuçöhr
    Anası Tamar
    Uşaqları
    • I Güştasp,
    • Rəşid ibn Fərruxzad
    Dini Sünni İslam

    I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir.

    İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə, habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanəgahının giriş portalındakı kitabədə("... (III) Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr...") və Göylər kəndindəki Pirmərdəkan türbəsinin içərisindəki kitabədə("Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr...") çəkilir Onun adı Dornun cədvəlində də var, lakin S. Aşurbəyliyə görə hakimiyyət illəri düzgün deyil.

    Ailəsi

    • Atası III Böyük Mənuçöhr. Şirvanşah.
    • Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, ömrünün son dövlərində Tiğva monastırında rahibə, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur.
      • Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir.
      • Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir.
    • Qardaşı II Afridun ibn Mənuçöhr. Şirvanşah. Öldürülmüşdür.
      • Qardaşı oğlu Fəribürz. Şirvanşah.
    • Qardaşı I Axsitan. Şirvanşah. Taxta varis qoymadan ölmüşdür.
    • Qardaşı Şahənşah ibn Mənuçöhr. Şirvanşah.
    • Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
    • Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
    • Oğlu I Güştasp. Xələfi
    • Oğlu Rəşid ibn Fərruxzad. Dərbənd hakimi (1221-1239)

    Həmçinin bax

    • Kəsranilər
    • Azərbaycan tarixi

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Fərruxzad haqqında məlumat. I Fərruxzad nədir? I Fərruxzad nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Holon

    • Fevral 27, 2026

      Volvo

    • Fevral 27, 2026

      Vankuver

    • Fevral 25, 2026

      Azərbaycanlı

    • Fevral 27, 2026

      Bayquşkimilər

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst