Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎  Hanagra ) — Orta Şərqdə, Şim

Domlar

  • Ana Səhifə
  • Vikipediya
  • Domlar

Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎  Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu.

Domlar
Dom olan bir kişinin portreti (1860-cı illər)
Ümumi sayı
2,158,400 (Təxmini)
Yaşadığı ərazilər
Orta Şərq və Şimali Afrika
Dili

Domari dili, Fars dili, Ərəb dili (həmçinin müxtəlif ləhçələr), Azərbaycan dili, Kürd dili, Türk dili, Puştu dili, Süryani dili, İvrit dili

Dini

Qaraçı dini, İslam, Xristianlıq

Qohum xalqlar

Qaraçılar, Lomlar, Dombalar, digər Hind-Ari xalqları

Mündəricat

Mədəniyyət

Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir.

Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar.

Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur.

Yayılması

Ümumi əhalisi təxminən 2.2 milyondur. Əksəriyyəti Türkiyədə, Misirdə, İranda və İraqda yaşayır. Liviya, Tunis, Əlcəzair, Mərakeş, Sudan, İordaniya, Suriya və başqa Orta Şərq və Şimali Afrika ölkələrində daha kiçik həcmli dom icması mövcuddur. Azərbaycanda təxminən 1000-ə yaxın Dom yaşamaqdadır.

Domların ümumi sayları bilinmir çünki bəzi domlar əhali siyahıyalmalardan çıxarılmışdır və bəziləri isə öz milliyyətlərini adlandırarkən dom yerinə milli terminlərdən istifadə edirlər. İndiki vaxtda, daha böyük cəmiyyətlərinin suveren dillərini danışırlar, ancaq milli dilləri olan Domari, daha çox kiçik həcmli icmalar tərəfindən danışılır. İranlılar onlara "xaricilər" mənasını verən qurbati və ya koul adlandırılırlar.

İordaniyada Domlar/Qaraçıların böyük bir icması var. Tədqiqatçılar, "etnik identikliklərini gizlədərək Ərəb irqçiliyi ilə uyğunlaşırlar" deyirlər, çünki domların əsl identiklikləri aşkar olunduqda ərəb cəmiyyətinə qəbul edilməyəcəklər. İranda Dom əsilli bir başqa qrup da, Lorilərdir. Lorilər cənub-şərqi İranın Bəluc bölgələrində yaşayırlar.

Mədəniyyətdə

Milliyətcə azərbaycanlı olan İran müğənnisi və aktrisası Ququş, "Koeli" adlı bir mahnı bəstələmişdir. Bu mahnıda İranın qaraçı xalqı olan domlardan bəhs edilir.

Həmçinin bax

  • Qaraçılar
  • Bəluclar
  • Türkmanlar
  • Suriyada vətəndaş müharibəsi
  • Hindistan yarımqitəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, domlar sözünün mənası, domlar haqqında məlumat. domlar nədir? domlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Anatinae

  • Fevral 26, 2026

    Udin dili

  • Mart 01, 2026

    Varg Vikernes

  • Mart 06, 2026

    Bideyiz

  • Fevral 27, 2026

    Zaqatala rayonu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst