Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bideyiz — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Küngüt kənd inzibati ərazi dairəsində kənd. Şəki şəhərindən təqribən 20 km uzaqlıqda yerləşir.

Bideyiz

  • Ana Səhifə
  • Vikipediya
  • Bideyiz

Bideyiz — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Küngüt kənd inzibati ərazi dairəsində kənd. Şəki şəhərindən təqribən 20 km uzaqlıqda yerləşir.

Bideyiz
41°07′43″ şm. e. 47°18′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 685 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.258 nəfər
Xəritəni göstər/gizlə
Bideyiz xəritədə
Bideyiz
Bideyiz

Mündəricat

Tarixi

Küngüt çayının (Əyriçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhalinin rəvayətlərinə görə itmiş izin tapılması zamanı deyilən "Budu iz" sözündən yaranmışdır. Yunan dilində Budeyis sözünün mənası üç tərəfi bağlı deməkdir, həqiqətən də kəndin ətrafı üç tərəfdən bağlı dağlardan ibarətdir. Qonşu kəndlərdən ziyalıların savadlı adamların çoxluğuna görə fərqlənir. 1917-ci ildə Bideis variantında qeydə alınmışdır.

Mədəniyyəti

Kəndin yaxınlığındakı dağlıq ərazidə Alban kilsəsi yerləşir.. Min ildən artıq tarixi olan bu kilsə öz möhkəmliyini qoruyub saxlamışdır. Həmin kilsədən xeyli sayda tarixi əşyalar tapılmışdır. Kilsə ətrafında yerləşən düzənlik ərazilərdə küp qəbirlərə rast gəlinmişdir. Bideyiz Şəkinin ilk ən qədim dörd kəndindən biridir. Kəndin yuxarısında dağın ətəyində iki yüz ildən artıq tarixi olan su dəyirmanı mövcuddur, kənd əhalisi ona Xası kişinin dəyirmanı da deyir. Kəndin mərkəzində 400 şagird tutumu olan Bideyiz kənd tam orta məktəbi, məktəbin yaxınlığında kənd məscidi yerləşir. Həmçinin kənddə tibb mərkəzi də mövcuddur. Azərbaycan filmi olan "Arxadan vurulan zərbə" filmində Cəbinin kürəyindən bıçaqlanaraq öldürülməsi səhnəsi bu dəyirmanda çəkilmişdir. Vahid Mustafayevin prezidenti olduğu Çingiz Mustafayev fondunun çəkdiyi "Xoca" filmi də bu kənddə çəkilmişdir.

Əhalisi

Kəndin əhalisi 1.258 nəfər təşkil edir. Əhalisi qonaqpərvərliyi, mehribanlığı, səmimimiliyi xüsusilə insanlarının ağıllı və savadlı olması ilə seçilir. İkinci Dünya Müharibəsində üç yüzə yaxın adam ön cəbhədə vuruşmuş yüzdən çox adam həlak olmuşdur. Qarabağ müharibəsi başladıqdan sonra kənd 6 şəhid vermişdir. Qarabağ müharibəsində də yüzdən çox adam ön cəbhədə vuruşmuşdur.. Kəndin əhalisi əkinçilik və maldarlıqla məşğul olur.

Coğrafiyası və iqlimi

Üç tərəfi dağlarla əhatə olunan kəndin yanından çay axır. Kəndin ətrafının dağlarla əhatə olunması onun iqliminin nisbətən kontinental olmasına səbəb olur. Kəndin yanından axan çay yay aylarında havanın sərin keçməsinə səbəb olur. Bideyiz dağlarında təbii şəkildə qaynama bulaqlar mövcuddur. Min illər öncəsinə aid olan saxsı turbalar aşkarlanmışdır ki həmin turbalarla "Umar Bulaq", "Ceyran Bulaq" adlanan dağ bulaqlarının şəfalı suyundan kəndə su çəkilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bideyiz sözünün mənası, bideyiz haqqında məlumat. bideyiz nədir? bideyiz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Natural loqarifma

  • Fevral 27, 2026

    Noxudlu

  • Fevral 27, 2026

    Növ

  • Mart 01, 2026

    Sədəqiyan (Salmas)

  • Mart 04, 2026

    Bacteria

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst