Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməç

Meliton Kaziyev

  • Ana Səhifə
  • Vikipediya
  • Meliton Kaziyev

Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməçi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim. Ədəbiyyat sahəsində Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı. Cənubi Osetiyada dövlət televiziya şirkətinin ilk direktoru. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi və Cənubi Osetiya Parlamentinin üzvü.

Meliton Kaziyev
oset. Хъазиты Резойы фырт Мелитон
Doğum tarixi 10 noyabr 1948(1948-11-10) (77 yaş)
Doğum yeri
  • Noqkau[d], Tsxinvali rayonu, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ
Fəaliyyəti yazıçı, şair, nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas
Mükafatları "Dostluq" ordeni

Mündəricat

Bioqrafiya

Cənubi Osetiya Muxtar Vilayətinin Noqkau kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Verxnıy Otrev kəndində almağa başlayır, 1964-cü ildə Verxnıy Çere kəndində səkkizillik və 1966-cı ildə Ksuisi kəndində orta məktəbi bitirir. 1966-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinin osetin bölməsinə daxil olur. Tələbəlik illərində şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında dərc etdirməyə başlayır. 1966-cı ildə, 18 yaşında olarkən "Fidiuaq" ədəbi jurnalında "Palıd ilə söhbət" adlı ilk hekayəsini nəşr etdirir. 1971-ci ildə "İriston" nəşriyyatında ilk "Mahnı səslənir" (oset. «Зӕлы зарӕг») şeirlər toplusunu nəşr etdirir. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün "Kamal Xodovun bədii qavrayışında həyatın harmoniyası və dramaturgiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Rusiya Federasiyası Xalqları Ədəbiyyatı sahəsini bitirdikdən sonra Tsxinalidəki "Soveton İriston" qəzetinin redaksiyasında müxbir, tərcüməçi və ədəbi işçi kimi çalışmışdır. 1981-ci ildən "İr" nəşriyyatının redaktoru, baş redaktoru olur. 1990-cı ildə Cənubi Osetiya Yazıçılar Birliyinin sədri seçilir. 1994–1995-ci illərdə "İriston" televiziya şirkətinin ilk direktoru olur. 1996-cı ildə Cənubi Osetiya Parlamentinə deputat seçilir. Elə həmin il Mədəniyyət və Media Komitəsinin sədri və Cənubi Osetiya Parlamenti sədrinin müavini təyin edilir (1 iyul 1999-cu ilədək bu vəzifəni icra edir). 2009-cu ildə yenidən Cənubi Osetiya Parlamentinə seçilmişdir.

Gürcü, rus və xarici müəlliflərin əsərlərini osetin dilinə tərcümələri ilə məşğul olur. Nodar Dumbadze, Vladimir Amlinski, Niko Lomouri, Lomerin əsərlərini tərcümə edir. Tərcümələri əsasında pyeslər Cənubi Osetiya Dram Teatrının səhnəsində səhnələşdirilir. Hal-hazırda Cənubi Osetiya Universitetinin Osetin Dili və Ədəbiyyatı kafedrasında Osetin ədəbiyyatından dərs deyir. Osetin şifahi yaradıcılığına həsr olunmuş üç cildlik ədəbi "Osetiya xəzinəsi" adlı araşdırmanı nəşr etdirmişdir.

Mükafatları

Dostluq ordeni (Cənubi Osetiya);

"Cənubi Osetiya Respublikasının on illiyi münasibətilə" medalı;

Kosta Xetaqurov adına mükafat (Cənubi Osetiya).

Ədəbiyyat

  • Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 501–503, ISBN 978-5-7534-1499-01

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, meliton kaziyev sözünün mənası, meliton kaziyev haqqında məlumat. meliton kaziyev nədir? meliton kaziyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türgişlər

  • Fevral 27, 2026

    Ellinlər

  • Mart 01, 2026

    Hipokineziya

  • Fevral 27, 2026

    Elmi metod

  • Fevral 27, 2026

    Kürd dilləri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst