Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Katos

  • Ana Səhifə
  • Vikipediya
  • Katos

Katos — Azərbaycan Respublikasının Laçın rayonunun Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.

Katos
39°46′ şm. e. 46°18′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Katos xəritədə
Katos
Katos

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir.

Mədəniyyəti

1969–1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.

Əhalisi

Əhali kürdlərdən ibarətdir.

Alimlik dərəcəsi alanlar:

  • Mustafayev Natiq Məhyəddin oğlu — Kimya elmləri namizədi, dosent.
  • Hüseynov Saqif Yaqub oğlu — Fizika–riyaziyyat elmləri namizədi.

1-ci Qarabağ müharibəsində Şəhid olanlar:

  • Mustafayev İlqar Mustafa oğlu — Hərbi şəhid.
  • Məmmədov Cümşüd Həsənxan oğlu — Mülkü şəhid.
  • İbişov Mədət Əvəz oğlu — Mülkü şəhid.
  • İbişova Elyana Mədət qızı —Mülkü şəhid.
  • Şahməmmədov Vasili Hüseyn oğlu — Mülkü şəhid.

Əhali Şeylanlı kəndindən gələn kürdlərdən ibarətdir İndi əsasən Ağcabədi rayonunda məskunlaşıblar.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Təhsil

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayon İlqar Mustafayev adına Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, katos sözünün mənası, katos haqqında məlumat. katos nədir? katos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Oyunlar nəzəriyyəsi

  • Mart 06, 2026

    Studenitsa (monastır)

  • Mart 01, 2026

    Tahir İmanov

  • Fevral 27, 2026

    Syn.

  • Fevral 27, 2026

    Missionerlik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst