Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 2020-2024-cü illərdə Ukraynanın Xarici İşlər Naziri. 13 mart 202

Dmitri Kuleba

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Kuleba

Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 2020-2024-cü illərdə Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.

Dmitri Kuleba
Дмитро Кулеба
Ukrayna Respublikasının xarici işlər naziri
PrezidentVolodimir Zelenski
Baş nazirDenis Şmıqal
ƏvvəlkiVadim Pristayko
SonrakıAndriy Sibiha
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1981(1981-04-19) (44 yaş)
Doğum yeri
  • Sumi, Sumı vilayəti, Ukrayna SSR, SSRİ
Partiya
  • Xalqın Xidmətçisi
Fəaliyyəti 4 mart 2020 - 5 sentyabr 2024
Elmi fəaliyyəti
Elm sahəsi diplomat, diplomatiya, siyasət
Elmi dərəcəsi
  • hüquq elmləri üzrə fəlsəfə doktoru
Təltifləri 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir.

Mündəricat

Həyatı

19 aprel 1981-ci ildə Sumıda anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən peşəkar diplomat olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildən Ukrayna Xarici İşlər Nazirliyinin baş hüquq məsləhətçisi xidmətinin attaşesidir.

2004–2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq şöbəsinin aspirantı olur.

2005-ci ildə Ukrayna Xarici İşlər Nazirliyinin hüquqi təminat departamentinin üçüncü katibi olmuşdur.

2005–2009-cu ildə Ukraynanın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü və ikinci katibi (ATƏT məsələləri üzrə) olur.

2010–2012-ci ildə Ukrayna Xarici İşlər Naziri Katibliyinin birinci katibi, müşaviri, şöbə müdiri işləyir.

2013-cü ildə o, Ukrayna baş nazirinin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri olub.

2013-cü ildən UART Mədəni Diplomatiya Fondunun rəhbəridir.

9 aprel 2016-cı ildə Ukraynanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. 2017-ci ilin dekabrında 70-ə yaxın ekspertin iştirak etdiyi Dünya Siyasəti İnstitutunun sorğusuna əsasən o, Ukraynanın xaricdəki ən yaxşı səfiri kimi tanınıb.

29 avqust 2019-cu ildən Honçaruk hökumətində Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini işləyir.

Avro-Atlantik İnteqrasiya Koordinasiyası Komissiyasının sədri olur.

"Mystetsky Arsenal" Milli Mədəniyyət, İncəsənət və Muzey Kompleksinin İnkişafı Şurasının üzvüdür.

2024-cü il 4 sentyabrda Ali Radanın sədri Ruslan Stefançuk xarici işlər naziri Dmitri Kuleba tərəfindən istefa ərizəsi daxil olduğunu elan etdi. Ertəsi gün Ukrayna Ali Radası 240 səslə (lazımi 226 səs) onun istefasını qəbul etdi.

Hüquq üzrə fəlsəfə doktoru[12]. İngilis və İtalyan dillərini bilir.

Biblioqrafiya

"Reallıq uğrunda müharibə: saxta, həqiqətlər və icmalar dünyasında necə qalib gəlmək olar".

Mükafatları

2021 — III dərəcəli "Xidmətə görə" ordeni

Ailəsi

Atası — İvan Dmitriyeviç Kuleba, ukraynalı diplomat.

Həyat yoldaşı — Yevgeniya Anatolyevna Kuleba, "Garden City" ictimai təşkilatının təsisçisi və rəhbəri.

Uşaqları — Yeqor (2006), Lbov (2011).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dmitri kuleba sözünün mənası, dmitri kuleba haqqında məlumat. dmitri kuleba nədir? dmitri kuleba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Vasili Potto

  • Fevral 27, 2026

    Po

  • Fevral 27, 2026

    Gadus

  • Mart 06, 2026

    Qalatasaray Universiteti

  • Fevral 27, 2026

    Mozaika

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst