Loqan Veyd Lerman (19 yanvar 1992, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Ekranla tanışlığını uşaqlıqda reklam çarxları vasitəsilə yaşayıb, 1990-cı illərin ortalarından bu sahədə görünüb.
| Loqan Lerman | |
|---|---|
| ing. Logan Lerman | |
| |
| Doğum adı | Logan Wade Lerman |
| Doğum tarixi | 19 yanvar 1992 (34 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | kino aktyoru, uşaq aktyor[d], televiziya aktyoru, aktyor |
| Fəaliyyət illəri | 2000-ci ildən |
| Təhsili |
|
| IMDb | ID0503567 |
"Cek və Bobbi" (orij. "Jack & Bobby") serialı (2004–2005) onun ilk ciddi ekran təcrübəsi sayılır. "Kəpənək effekti" (2004) və "Bayquşun səsi" (orij. "Hoot") (2006) filmləri də bu erkən dövrə aiddir. Şöhrətin qapısını isə ona "Persi Cekson" (orij. "Percy Jackson") seriyası (2010–2013) açır. Baş rolda göründüyü bu filmlərlə adı dünyaya yayılır. Eyni dövrdə "Üç muşketyor"da (orij. "The Three Musketeers") (2011) Dartanyan, "Qınına çəkilmiş birinin ağlından keçənlər"də (orij. "The Perks of Being a Wallflower") (2012) isə tamaşaçının ürəyinə yatan bir obraz yaradır.
Zamanla daha yetkin obrazlara yönəlib. "Nuh" (2014), "Qəzəb" (2014) və "Qürur yarası" (orij. "Indignation") (2016) filmləri bu mərhələnin parlaq nümunələridir. "Ovçular" (orij. "Hunters") triller serialı (2020–2023) isə onu yenidən televiziya ekranlarına gətirib.
Erkən illəri
Beverli-Hillz (Los-Anceles dairəsi) sakinidir. Ailəsində anası Liza (qızlıq soyadı Qoldman) onun menecerliyini üstlənib, atası Larri Lerman isə sahibkar və ortopedik protez mütəxəssisidir. Evdə ondan böyük həm bir qardaş, həm də bir bacı var.
Yəhudidir və gəncliyində bar-mitsva mərasimini keçirib. Ailəsinin tarixi isə olduqca əhatəlidir. Dörd babası dörd ayrı ölkədə doğulub.
Aktyorluq seçdiyi üçün özünü ailəsinin "özgə cürə biri" sayır. Ailədə tibb adamları üstünlük təşkil edir. Onların ulu babadan qalma bir şirkəti var, 1915-ci ildən bəri ortopedik protez istehsalı ilə məşğuldurlar. L. Lerman Beverli-Hillzdəki liseyini qurtardıqdan sonra 2010-cu ildə Nyu-York Universitetinin yaradıcı yazarlıq fakültəsinə sənəd verib, amma oxumağı sonraya saxlayıb.
Şəxsi həyatı
Kinematoqrafiya sənətinə hədsiz bağlı biridir və özünü "kino düşkünü" adlandırmaqdan çəkinmir. Gənclik illərindəki müsahibələrində filmlərin onu şəkilləndirdiyini və özünü yaradıcı biri saydığını deyir. 2010-cu ildə filmin çəkilişinə dair hər şeydə əli olmaq istədiyini bildirib. Ssenari yazmaq, prodüserlik, rejissorluq... sadalaya-sadalaya qurtarmır. Rejissorlardan isə Pol Tomas Anderson, Stenli Kubrik, Devid Finçer və Piter Boqdanoviçə xüsusi hörmət bəsləyir. Ən sevdiyi filmlər mövzusuna gəlincə, "Amerikansayağı gözəllik", "Həyatın üçün savaş" (orij. "Defending Your Life") və "Ləkəsiz zehnin əbədi parıltısı" (orij. "Eternal Sunshine of the Spotless Mind") ilk ağlına gələnlərdir.
2011-ci ildə özü barədə danışarkən "içəri çəkilən, sakit" biri olduğunu, evdən çıxmağa xüsusi həvəs duymadığını və idmanla maraqlanmadığını söyləyib.
2023-cü ilin noyabrında o, uzun müddətdir birlikdə olduğu sevgilisi Ana Korriqanla nişanlandığı xəbərini verib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, loqan lerman sözünün mənası, loqan lerman haqqında məlumat. loqan lerman nədir? loqan lerman nə deməkdir?
