Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada)

Kazimir Fayans

  • Ana Səhifə
  • Vikipediya
  • Kazimir Fayans

Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə Sürix və Mançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur.

Kazimir Fayans
pol. Kazimierz Fajans
Doğum tarixi 27 may 1887(1887-05-27)[…]
Doğum yeri
  • Varşava, Polşa çarlığı, Rusiya imperiyası
Vəfat tarixi 18 may 1975(1975-05-18)[…] (87 yaşında)
Vəfat yeri
  • Ann-Arbor, Miçiqan, ABŞ
Elm sahəsi fiziki kimya
Elmi dərəcəsi
  • professor
İş yerləri
  • Miçiqan Universiteti,
  • Karlsrue Texniki İnstitutu,
  • Münhen Lüdviq-Maksimilian Universiteti
Təhsili
  • Leypsiq Universiteti,
  • Sürix Universiteti
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası,
  • Bavariya Elmlər Akademiyası[d],
  • Rusiya Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tədqiqat işləri

Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir.

K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar. O, refraktometrik tədqiqatlar vasitəsilə (1927–1931) güclü elektrolitlərin məhlullarında dissosiasiya olunmamış molekulların və kompleks ionların sayını və hərəkətini müəyyən etmişdir.

K. Fayans bir çox elmi cəmiyyətlərin üzvü idi. 12.06.1924-cü ildən Fizika-Riyaziyyat Elmləri Bölməsi (fizika elmləri (kimya) kateqoriyasında) SSRİ Elmlər Akademiyasının xarici müxbir üzvü idi. Kazimir Fayans 18 may 1975-ci ildə Miçiqan ştatında Ann Arbor şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kazimir fayans sözünün mənası, kazimir fayans haqqında məlumat. kazimir fayans nədir? kazimir fayans nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Skandinav mifologiyası

  • Mart 01, 2026

    Sürətlər qutusu

  • Mart 06, 2026

    Bao

  • Mart 01, 2026

    Əzizə Cəfərzadə

  • Mart 03, 2026

    Ramseyin təklifləri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst