Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mia Cipsi Mello da Silva Qot (25 oktyabr 1993, London) — İngiltərə aktrisası. Yeniyetməlik illərindən modellik sahəsində fəaliyyət göstərən gənc aktrisanın böyü

Mia Qot

  • Ana Səhifə
  • Vikipediya
  • Mia Qot

Mia Cipsi Mello da Silva Qot (25 oktyabr 1993, London) — İngiltərə aktrisası. Yeniyetməlik illərindən modellik sahəsində fəaliyyət göstərən gənc aktrisanın böyük ekranlardakı ilk debütü 2013-cü ildə "Nimfoman" adlı erotik-sənət filmində baş tutub. Mia Qot yaradıcılığının növbəti mərhələsində "A Cure For Wellness" (2016), "High Life" (2018), "Suspiria" (2018) kimi layihələrdə rol alıb, "Emma" (2020) filmindəki obrazı ilə tamaşaçıların rəğbətini qazanıb. Aktrisanın karyerasında ən parlaq məqam 2022–2024-cü illər arasında "X" film seriyasında canlandırdığı Maksin Minks və Perl obrazları sayılır.

Mia Qot
ing. Mia Goth
Doğum adı Mia Gypsy Mello da Silva Goth
Doğum tarixi 25 oktyabr 1993(1993-10-25) (32 yaş)
Doğum yeri
  • London, Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Həyat yoldaşı
  • Şaya LaBaf (2016–2018)
Partnyoru
  • Şaya LaBaf (2013–2015)
Fəaliyyəti aktrisa, model[d]
Fəaliyyət illəri 2013-cü ildən
Boyu 173 sm
IMDb ID5301405
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mia Qot 1993-cü il oktyabrın 25-də Londonun Qays xəstəxanasında doğulub. Braziliyalı ana ilə Kanadanın Yeni Şotlandiya bölgəsindən olan atanın övladıdır. Nənəsi tanınmış Braziliya aktrisası Maria Qledis, babası isə amerikalı artist Li Caffe olub.

İki həftəlik körpə ikən anası onu Braziliyaya aparıb. İyirmi yaşlı gənc ana övladını böyütmək üçün ailəsinin dəstəyinə ehtiyac duyduğundan doğma yurduna qayıdıb. Beş yaşında yenidən Birləşmiş Krallığa köçən Mia, on yaşında atasının vətəni Kanadaya yollanıb. Bir tədris ili ərzində doqquz məktəb dəyişməli olan balaca qız üçün atası ilə yaşadığı dövr olduqca çətin keçib.

On iki yaşında anası ilə birlikdə Londonun cənub-şərqində məskunlaşan Mia, təhsilini Sydenham məktəbində davam etdirib. Ofisiant işləyən anası tək valideyn kimi bütün çətinliklərə sinə gərərək qızını böyüdüb.

Şəxsi həyatı

Qot 2012-ci ildə "Nimfoman" filmində rol aldığı zaman amerikalı aktyor Şaya LaBafla tanış olub. 2016-cı ilin 10 oktyabrında cütlük Las-Veqasda Elvis təqlidçisiliyi edən aparıcının müşayiəti ilə nikah mərasimi keçirib. İki gün sonra yerli rəsmi şəxs bildirdi ki, əslində onların rəsmi nikahı qeydə alınmayıb, sadəcə bir məhəbbət andı içmə mərasimi olub. Lakin həmin ayın sonunda LeBaf "Ellen DeGeneres Show" verilişində onların nikaha girdiyini təsdiqləyib. 2018-ci ilin sentyabrında cütlüyün ayrıldığı və boşanma ərizəsi verdikləri məlum olub. 2022-ci ilin fevralında mətbuatda onların barışdığı və Qotun ilk övladına hamilə olduğu xəbəri yayıldı. Mart ayında onların qız övladı dünyaya gəlib.

2024-cü ilin yanvar ayında film meydançasında baş vermiş xoşagəlməz hadisə ictimaiyyətə məlum olub. "MaXXXine" filmində meyit rolunu canlandıran aktyor Ceyms Hanter Mia Qotu sözlü və fiziki təcavüzdə ittiham edərək məhkəməyə müraciət edib. Hanterin iddiasına görə, Mia Qot qəsdən onun başına təpik atıb. Aktyor bu hərəkət nəticəsində beyin silkələnməsi keçirib, növbəti gün isə işdən azad edilib. "A24" şirkəti Mia Qotun müdafiəsinə qalxaraq bütün bu iddiaları qəti şəkildə təkzib edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mia qot sözünün mənası, mia qot haqqında məlumat. mia qot nədir? mia qot nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Con Cey

  • Mart 06, 2026

    Katya Sambuka

  • Fevral 27, 2026

    Matsu

  • Fevral 27, 2026

    Əhmədiyyə

  • Fevral 27, 2026

    Zübeydə Sultan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst