Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən

Nəcmi Sani

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcmi Sani

Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi.

Əmir Yar Əhməd Xuzani İsfahani
fars. امیر یار احمدخو زانیه اصفهانی‎‎‎
Səfəvilər dövlətinin III vəkili
1510 – 1512
MonarxŞah İsmayıl
ƏvvəlkiNəcməddin Məsud Gilani
SonrakıƏbdülbaqi Yəzdi
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri
  • İsfahan, Mərkəzi bəxşi[d], İsfahan şəhristanı, İsfahan ostanı, İran
Vəfat tarixi 1512
Fəaliyyəti siyasətçi
Rütbəsi
  • general

Vəkilliyi

1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:

Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu. Mirzə Babur, əhalisi cığatay camaatı olan Qərşi əhalisindən, qan bahası xahiş etməsinə baxmayaraq onun xahişinə əməl olunmadı. Buna görə də, onların aralarında ədavət (neqar) başlandı. Əmir Məhəmməd Yusif Sədrin də came məscidinə yığışan seyidlərdən (sadat) bu haqda etdiyi xahiş qəbul edilmədi, buna görə də seyidlərin əksəriyyəti qətlə yetirildi. Bu əməl Əmir Nəcmin xoşuna gəlmədi. Bu hadisədən sonra o, Məhəmməd Teymur Sultan və Əbu Səid Sultanın yerləşdikləri Gicduvan qalasına gələrək, həmin qalanı dörd ay mühasirədə saxladı. Qızılbaş ordusunun ərzaq və başqa ehtiyatları (məkulat) azalmağa başladı. Döyüşçülər azuqə və əliqdən ötrü mal-qaranı kəsməyə başladılar. Abdullah xan və Cam bəy Sultan Buxarada idilər. Onlar qızılbaşların düşdükləri çətinlikdən xəbərdar olub, nizama salınmış ləşkərlə Əmir Nəcmin üstünə getdilər. Məhəmməd Teymur Sultan da qaladan çıxıb onlara qoşuldu. Ramazanın otuzunda yekşənbə günü Gicduvanın kənarına çatdılar, aralarında bərk döyüş oldu. Həmin döyüşdə canuzən bir ox qızılbaş ləşkərinin sərdan və çərxçisi olan Bayram bəy Qaramanlıya dəydi və o, atdan yıxıldı. Bu hadisə çərxçilərin məğlubiyyətinə və özbəklərin ürəklənmələrinə səbəb oldu və özbək dəstələri hamılıqla hücuma keçdilər. Qızılbaş əmirləri təlaşa düşdülər və ləşkərin qol hissəsi bir-birinə dəydi. Məhəmməd Babur Mirzə hərbdən yan olub öz ləşkəri ilə qalaya üz tutdu. Əmir Nəcmin qürur və yekəxanalığından təngə gəlmiş qızılbaş əmirləri, onu hifz etməyə səy etdilərsə də, lakin o, ələ keçirilib öldürüldü. Xorasanın bəzi böyükləri fərar yoluna düşdülər, Kərki keçidindən keçib Xorasana getdilər. Bu hadisə doqquz yüz on səkkizinci ildə (1512) baş verdi.

Ölümündən sonra yerinə Əbdülbaqi Yəzdi gətirildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcmi Sani haqqında məlumat. Nəcmi Sani nədir? Nəcmi Sani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Maliki

  • Fevral 26, 2026

    Çad Harli

  • Fevral 24, 2026

    Yuris Hartmanis

  • Fevral 25, 2026

    Xocalı (şəhər)

  • Fevral 25, 2026

    Benfika FK

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst