Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor (ali hərbi rütbə),dosent.
| Baba Hacı Baba oğlu Salayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 20 noyabr 2018-ci ildən | |
| Əvvəlki | Pənah Süleymanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 yanvar 1970 (56 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | zabit |
| Rütbəsi | General-mayor |
| | |
| Təltifləri |
|
Həyatı
1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb.
1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.
2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb.
1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub.
1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır.
2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
2013–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsində idarə rəisinin müavini, Balakən Gömrük İdarəsinin rəisi vəzifəsində xidmət edib.
2015–2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli Sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il 721 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 799 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası Kollegiyasının 04.06.2024-cü il Qərarına əsasən dosent elmi adı verilib.
Azərbaycan, rus, ingilis dillərini bilir.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Hərbi xidmət
- 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub
- 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
- 1-ci Qarabağ Müharibəsi Veteranıdır.
- Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 799 nömrəli Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.
Elmi fəaliyyəti
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası Kollegiyasının 04.06.2024-cü il Qərarına əsasən dosent elmi adı verilib.
"Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elmi xəbərləri" elmi-texniki jurnalın Baş redaktorudur.
4 kitab, 20 elmi məqalə və konfrans materialların müəllifidir.
Təltifləri
- "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
- 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" medalı;
- "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı;
- "Belarus Respublikası fövqəladə hallar üzrə orqan və qurumların 20 illiyi" yubiley medalı;
- "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 85 illik yubileyi" medalı;
- "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
- "Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi" yubiley medalı
- "Azərbaycan Tibb Universitetinin 90 illiyi" yubiley medalı
- "Ukrayna Milli Mülki Müdafiə Universitetinin 90 illiyi" yubiley medalı
- Qazağıstan Respublikası Prezidentinin təsis etdiyi "Fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında fərqlənməyə görə" medalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, baba salayev sözünün mənası, baba salayev haqqında məlumat. baba salayev nədir? baba salayev nə deməkdir?
