Zaur Xasay oğlu Məhərrəmov (28 yanvar 1938, Bakı – 23 avqust 2025, Əskişəhər) — Azərbaycan kinooperatoru, rejissor və ssenari müəllifi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1976).
| Zaur Məhərrəmov | |
|---|---|
| Zaur Xasay oğlu Məhərrəmov | |
| Doğum adı | Zaur Xasay oğlu Məhərrəmov |
| Digər adı | Zaur Məhərrəm |
| Doğum tarixi | 28 yanvar 1938 |
| Doğum yeri | |
| Vəfat tarixi | 23 avqust 2025 (87 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Vətəndaşlığı | |
| Fəaliyyəti | kinooperator, operator, sənədli film rejissoru |
| Təhsili |
|
| Mükafatları | |
| IMDb | ID1190185 |
Həyatı
Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub. Fəaliyyətə 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib. O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.
1963-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Bir neçə sənədli filmin rejissorudur.
Tamaşaçıların sevə-sevə baxdıqları "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur.
80-ci illərin əvvəllərindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edib və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və c. filmlərini yaradıb.
Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, "Həbib və Gülxanım" filmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılıb və uğur qazanıb.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir sənətçidir.
Bu gün o, Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyərək, öz bilik və bacarığını qardaş türk xalqının kinosunun inkişafına həsr edərək Türkiyə sinemaçıları ilə Azərbaycan kinematoqrafçıları arasında ünsiyyət yaradılmasında körpü rolunu oynayır. Onun təzə çapdan çıxmış "Kino üzərində düşüncələr" kitabı isə kinematoqrafa olan vurğunluğunun və sədaqətinin daha bir təzahürüdir.
2015-ci ildə Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə "Milli kinonun inkişafına verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
23 avqust 2025-ci ildə 87 yaşında Əskişəhərdə vəfat etmişdir.
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 dekabr 1982
Filmoqrafiya
- Ad günü (film, 1977)(tammetrajlı bədii film)-quruluşçu operator
- Almas İldırım (film, 1991)
- Avtoqraf (film, 1986)
- Azərbaycan, Azərbaycan (film, 1970)
- Azərbaycan haqqında etüd (film, 1969)
- Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
- Azərbaycana səyahət (film, 1988)
- Baharla birgə (film, 1978)
- Bakı eyvanları (film, 1986)
- Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
- Böyük tamaşa (film, 1974)
- Burada başlanmışdır (film, 1974)
- Cəfər Cabbarlı (film, 1969)
- Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
- Çörək (film, 1970)
- Daş saat (film, 1975)
- Daş yaddaş (film, 1986)
- Daşlar danışanda (film, 1976)
- Dəniz (film, 1965)
- Dərviş Parisi partladır (film, 1976)
- Dostluq körpüləri (film, 1980)
- Dünya bir pəncərədir (film, 1990)
- EKSPO-75 (film, 1975)
- Əmbizlərin keşiyində (film, 1988)
- Əshabi-Kəhf (film, 2000)
- Əzablı yollar (film, 1995)
- General Aslanov (film, 1970)
- Gənclər festivalı (film, 1969)
- Gözlə məni (film, 1980)
- Xaraba Gilan (film, 1991)
- Xatirələr sahili (film, 1972)
- İlk hücum (film, 1985)
- İsti halvanın dadı (film, 1987)
- İstiqlal yollarında (film, 1990)
- Kəndlərin harayı (film, 1987)
- Köç (film, 1983)
- Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
- Qızıl qaz (film, 1972)
- Qobustan (film, 1967)
- Qocalar, qocalar... (film, 1982)
- Mən mahnı qoşuram (film, 1979)
- Meydan (film, 1989)
- Mirzə Kazım bəy (film, 1983)
- Naxışların yaddaşı (film, 1973)
- Neft Daşları (film, 1990)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
- "Nina" mətbəəsi (film, 1963)
- Nurlu qəbirlər. Qaspralı İsmayıl bəy (film, 1993)
- Odla təmasda (film, 1972)
- Salam, Azərbaycan! (film, 1966)
- Sənsiz (film, 1991)
- Soltan quşunun sorağında (film, 1988)
- Sovet Azərbaycanı (film, 1982)
- Söz əsrlərlə yaşayır (film, 1979)
- Su ərizəsi (film, 1964)
- Suriyada (film, 1970)
- Sübh adasında qürub (film, 1987)
- Şəki sarayı (film, 1965)
- Şirvanşahlar sarayı (film, 1969)
- Tənha narın nağılı (film, 1984)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Üzeyir Hacıbəyov (film, 1986)
- Üzeyir ömrü (film, 1981)
- Üzü küləyə (film, 1977)
- Yaz harada, biz orada (film, 1984)
- Yeniləşmiş diyar (film, 1984)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaur məhərrəmov sözünün mənası, zaur məhərrəmov haqqında məlumat. zaur məhərrəmov nədir? zaur məhərrəmov nə deməkdir?