Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci min

Qoşundaş

  • Ana Səhifə
  • Vikipediya
  • Qoşundaş

Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.

Qoşundaş
erm. Զորաց Քարեր - Zorats Karer
Ölkə  Ermənistan
Şəhər Sisiyan, Sünik
Yerləşir Sisian
Aidiyyəti Orta Tunc dövrü - Dəmir dövrü
Üslubu Meqalit
Sahəsi 50 ha
Vəziyyəti muzey
Rəsmi sayt carahunge.com
Ermənistanda qeydiyyata alınmış abidələr
İstinad nöm.9.6/6.1
KateqoriyaKompleks
ƏhəmiyyətiDünya əhəmiyyətli
39°33′02″ şm. e. 46°01′43″ ş. u.HGYO
Xəritə
Qoşundaş (Ermənistan)
Nöqtə
Qoşundaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar.

Mündəricat

Tarixi

Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.

Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.

Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.

Bir para erməni alimləri isə Qoşundaşı qədim rəsədxana hesab edirlər. Guya ki, 2000 il öncə burada qeyd olunan daşların köməkliyi ilə ayı və günəşi müşahidə edirlərmiş. Ancaq Qoşundaşın hansısa astronomik məqsədlərlə yaradılması fikri ağlabatan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o qədər də hündürlükdə deyildir və ayın, yaxud günəşin daşlar vasitəsilə müşahidəsi barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən əgər bu daşlar astronomik rəsədxana məqsədi daşıyırdısa, onda kurqanlar qəbirlər və yaşayış məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə gümanları daha da zəiflədir.

Memarlıq quruluşu

Şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar neolit dövrünün yadigarıdır. Daş düzümünün mərkəzində, çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Daşların hündürlüyü təxminən 1,5–2,2 m, eni 60–80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur.

Görünüşü

Qoşundaş abidəsi çoxlu sayda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəlinsan qüvvəsi ilə yerə "sancılmışdır". Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qoşundaş sözünün mənası, qoşundaş haqqında məlumat. qoşundaş nədir? qoşundaş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stater dövrü

  • Fevral 27, 2026

    Əyyubilər dövləti

  • Mart 03, 2026

    Yuxarı Kartli

  • Mart 06, 2026

    Rafi ud-Darajat

  • Fevral 26, 2026

    Zirehsizlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst