Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Agelenidae — Araneomorphae yarımdəstəsinə daxil olan fəsilə. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.

Agelenidae

  • Ana Səhifə
  • Vikipediya
  • Agelenidae

Agelenidae — Araneomorphae yarımdəstəsinə daxil olan fəsilə. Fəsiləyə ümumilikdə 42 cins və 500-dən çox növ daxildir.

Agelenidae
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Arachnomorpha
Yarımtip:
Xeliserlilər
Sinif:
Hörümçəkkimilər
Dəstə:
Hörümçəklər
Yarımdəstə:
Opisthothelae
İnfradəstə:
Araneomorf hörümçəklər
Fəsilə:
Agelenidae
Beynəlxalq elmi adı
  • Agelenidae Karl Lüdviq Koç, 1837
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  871511
NCBI  6906
EOL  8826
FW  

Mündəricat

Adlandırılması

Latın dilindən tərcümədə Agelenidae kəlməsi ago lene — «çəkinə-çəkinə hərəkət edirəm» mənasını verir. Hazırda bir çox dillərdə isə onlara «çala», və ya «otluq» hörümçəkləri adlandırılır. Bu fəsilənin bir növü isə Şərqi Avropada — Ev hörümçəyi (Tegenaria domestica) adı ilə tanınır.

Ümumi xarakteristika

Əsas xüsusiyyətləri bel nahiyəsində iki zolaq vardır. Kiçik ölçülü olmaları ilə seçilir. Erkəklər maksimal 2,5 sm olsa da, dişilər onlara nisbətdə adədən 1 sm-ə qədər uzun olur. Bir cüt qara gözlərə malik olurlar. Ön ayaqlarının sensor xüsusiyyəti gözlərindən iti ətrafı hiss etməyə imkan verir. İti sürətə malik olurlar. İstər təhlükədən qaçarkən, istərsə də ovu yaxalayarkən bu özünü aydın büruzə verir. Tararua cinsinə daxil olan hörümçəklər hətta dayanmadan 2 km məsafə qət edə bilirlər. Hördükləri torlar bir qayda olaraq çalanı xatırladır. Malthonica cinsinə daxil olan hörümçəklər gündüz vaxtı da sərbəst ov edə bilirlər. Bu isə onları gündüz vaxtları belə yuvada görməyə imkan verir. Öz şikarlarını zəhərləri ilə iflic etsələrdə insana təsir edəcək gücə malik deyil. Labirintli hörümçəklər (lat. Agelena labyrintchica) növü çəmənliklərdə otların arasında tor hörür. Qurduğu tor qıf şəklində olur. Hörümçək özü qıfın daralmış hissəsində gizlənir. Ev hörümçəyi (lat. Tegenaria domestica) növü də bu fəsiləyə daxildir. Erkək fərdi 11 mm, dişi fərdi 20 mm uzunluqda olub, yaşayış və təsərrüfat tikililərində tor qururlar.

Təsnifatı

Bu fəsiləyə 42 cins daxildir:

  • Acutipetala Dankittipakul & Zhang, 2008 — Tayland (2 növ)
  • Agelena Walckenaer, 1805 — Afrikadan Asiyaya qədər (69 növ, 1 yarımnöv).
  • Agelenella Lehtinen, 1967 — Yəmən, Cokorta (1 növ)
  • Agelenopsis Giebel, 1869 — Şimali Amerika (13 növ)
  • Ageleradix Xu & Li, 2007 — Çin (6 növ)
  • Agelescape Levy, 1996 — Cənub-qərbi Asiya (7 növ)
  • Ahua Forster & Wilton, 1973 — Yeni Zelandiya (4 növ)
  • Allagelena Zhang, Zhu & Song, 2006 — Mərkəzi Avropadan Asiyaya qədər (5 növ)
  • Azerithonica Guseinov, Marusik & Koponen, 2005 — Azərbaycan (1 növ)
  • Barronopsis Chamberlin & Ivie, 1941 — ABŞ, Kuba, Baham adaları (7 növ)
  • Benoitia Lehtinen, 1967 — Afrikadan Asiyaya qədər (9 növ)
  • Calilena Chamberlin & Ivie, 1941 — ABŞ (16 növ, 5 yarımnöv)
  • Hadites Keyserling, 1862 — Xorvatiya (1 növ)
  • Histopona Thorell, 1869 — Avropa (18 növ)
  • Hololena Chamberlin & Gertsch, 1929 — ABŞ (30 növ)
  • Huangyuania Song & Li, 1990 — Çin (1 növ)
  • Huka Forster & Wilton, 1973 — Yeni Zelandiya (5 növ)
  • Kidugua Lehtinen, 1967 — Konqo (1 növ)
  • Lycosoides Lucas, 1846 — Şimali Afrika (10 növ)
  • Mahura Forster & Wilton, 1973 — Yeni Zelandiya (18 növ)
  • Maimuna Lehtinen, 1967 — Cənub-Qərbi Asiya (7 növ)
  • Malthonica Simon, 1898 — Avrasiya, Afrika (41 növ, 1 yarımnöv) Malthonica lehtineni
  • Melpomene O. P.-Cambridge, 1898 — ABŞ, Orta Amerika, Kosta-Rika (12 növ)
  • Mistaria Lehtinen, 1967 — Afrika, Yəmən (1 növ, 1 yarımnöv)
  • Neoramia Forster & Wilton, 1973 — Yeni Zelandiya, Kempbell adası (22 növ)
  • Neorepukia Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
  • Neotegenaria Roth, 1967 — Qviyana (1 vöv)
  • Novalena Chamberlin & Ivie, 1942 — ABŞ-dən Mərkəzi Amerikaya qədər (19 növ)
  • Olorunia Lehtinen, 1967 — Konqo (1 növ)
  • Oramia Forster, 1964 — Avstraliyadan Yeni Zelandiyaya qədər ərazilərdə, Lord-Hau, Çatem arxipelaqı (8 növ)
  • Oramiella Forster & Wilton, 1973 — Yeni Zelandiya (1 növ)
  • Orepukia Forster & Wilton, 1973 — Yeni Zelandiya (24 növ)
  • Paramyro Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
  • Porotaka Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)
  • Pseudotegenaria Caporiacco, 1934 — Европа (5 növ)
  • Rualena Chamberlin & Ivie, 1942 — ABŞ-dən Mərkəzi Amerikaya qədər (12 növ)
  • Tararua Forster & Wilton, 1973 — Yeni Zelandiya (7 növ)
  • Tegenaria Latreille, 1804 — ABŞ, Avrasiya (110 növ)
  • Textrix Sundevall, 1833 — Avropa (7 növ)
  • Tikaderia Lehtinen, 1967 — Himalay (1 növ)
  • Tortolena Chamberlin & Ivie, 1941 — ABŞ, Mekksika Kosta-Rika (2 növ)
  • Tuapoka Forster & Wilton, 1973 — Yeni Zelandiya (2 növ)

Ədəbiyyat

  • How to Know the Spiders, by B. J. Kaston. Dubuque, 1953.
  • Biology of Spiders, by Rainer F. Foelix, second edition, 1996
  • B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 378

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, agelenidae sözünün mənası, agelenidae haqqında məlumat. agelenidae nədir? agelenidae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Levant ərəbcəsi

  • Mart 01, 2026

    Roza Parks

  • Fevral 27, 2026

    Romaci

  • Fevral 25, 2026

    Mərziyyə Davudova

  • Mart 06, 2026

    Baqnayr monastırı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst